Accessibility links

İlhan Tanır: Ərdoğan son illərin siyasi kursunu davam etdirsə Türkiyə və Qərb arasında gərginlik davam edəcək [Video-müsahibə]


Jurnalist İlhan Tanırla Türkiyə seçkiləri haqda müsahibə
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son illərin ən mübahisəli prezident və parlament seçkilərində səslərin 52 faizini qazanaraq öz hakimiyyətini qorumağa nail ola bildi. Seçkiləri müşahidə edən ATƏT missiyası prezident Ərdoğanın qələbə çaldığı, lakin seçki şəraitinin bərabər olmadığı haqda nəticə çıxarıb. Təhlilçilər prezident Ərdoğanın Türkiyəni dünyəvi siyasi dəyərlərdən uzaqlaşdıracağı ilə bağlı narahatlıqlarını bildirir. Türkiyə üzrə təhlilçi, jurnalist İlhan Tanır Amerikanın Səsinin "Amerika icmalı" proqramında müsahibədə Türkiyədə iyunun 24-ü keçirilmiş seçkilərin nəticələrinin daxili siyasi durum və Qərblə münasibətlərə təsirini şərh edib.

İlhan Tanır bildirib ki, seçkilərin ilk turda Ərdoğanın qələbəsi ilə nəticələnib ikinci tura keçməməsi, millətçilərin çox sayda səs qazanması Türkiyə seçkilərinin ən maraqlı məqamları hesab edilə bilər.

O bildirib ki, Türkiyənin iqtisadi problemlərinin həlli və demokratiya və insan hüquqları sahəsində durumun yaxşılaşması prezident Ərdoğan qarşısında duran əsas məsələ olaraq qalır.

“Bundan sonra Ərdoğanın insan haqları, demokratiya və azadlıqlarla bağlı, dövlət çevirlişi cəhdindən sonrakı o dövrdən fərqli addımlar atacağı, yoxsa o siyasətin davam etdiriləcəyi, ölkə bir qədər açılacaqmı, Gülən təhdidinin Ərdoğan üçün təhdid olması azalacaqmı, yoxsa eyni şəkildə müxaliflərə qarşı davammı etdiriləcəkmi-bütün bunlar ikinci bir mövzu olaraq qarşıdan gələn aylar Türkiyənin hansı istiqamətdə getdiyi və gedəcəyi haqda işarələr verəcək.”

İlhan Tanır xarici siyasət sahəsində Türkiyə və ABŞ arasında Amerikanın Suriyada kürdlərə dəstəyi, Türkiyənin 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham etdiyi Fətullah Gülənin təhvil verilməsi kimi məsələlərin yaxın zamanda həllini gözləmədiyini bildirib.

“Fikrimcə, qarşıdan gələn həftələr Ərdoğanın hansı xarici siyasi kurs götürəcəyini göstərəcək. İndi Ərdoğanın seçkidən sonra müsahibələri, çıxışlarında siyasi kursun hazırlanması mərhələsindən keçdiyi görünür.”

İlhan Tanırın sözlərinə görə, Türkiyə prezidenti son beş ildə xarici siyasi kursu olduğu kimi davam etdirdiyi halda Ankaranın Qərb və ABŞ arasında münasibətlərində gərginliyin davam edəcəyi, Türkiyənin özündə isə millətçiliyin güclənəcəyini gözləmək mümkündür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG