Accessibility links

İlin yekunları - ABŞ xarici siyasətində əsas hadisələr


İlin yekunları - ABŞ xarici siyasətində əsas hadisələr
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Bayden administrasiyası bir il öncə hakimiyyətə “Amerika qayıdır” vədi ilə gəldi və ABŞ dövlət katibi Antoni Blinken əlaqələrin gücləndirilməsi məqsədilə müttəfiqlərlə yaxından işləməyə söz verdi. Lakin Efiopiya, Haiti, Myanma, Sudan və Ukraynada gözlənilməz böhranlar, çevrilişlər və münaqişələr 2021-ci ildə ABŞ-ın ən yüksək səviyyəli diplomatının diqqət mərkəzində oldu.

Bu il ABŞ-ın xarici siyasəti üçün kifayət qədər gərgin bir il oldu - avqust ayında Əfqanıstandan hərbi qüvvələrin xaotik çıxarılması prezident Co Baydenin hakimiyyətin ilk ilində ən böyük uğursuzluq kimi qəbul edilir.

“Terrorizm güclənib və Talibanın hakimiyyəti ələ keçirilməsi sanksiyalara gətirib çıxarıb ki, bu da Əfqanıstanı kütləvi aclığa gətirib çıxara biləcək kəskin humanitar böhran vəziyyətinə salıb. Mən hesab edirəm ki, ABŞ-ın qüvvələri tələsik, xaotik çıxarması bu nəticələrlə bağlı olduğu kimi qəbul edilir”, Vilson Mərkəzinin təhlilçisi Maykl Kugelman bildirib.

Hərbi qüvvələrin çıxarılması administrasiyanın Yaxın Şərqdə hərbi müdaxiləni azaltmaq kimi məqsədinə uyğundur.

Lakin israillilər və fələstinlilər arasında davam edən gərginlik və Tramp administrasiyasının 2018-ci ildə çıxdığı qlobal güclərlə 2015-ci ildə imzalanmış İranla Birgə Hərtərəfli Fəaliyyət Planını xilas etmək səyləri də daxil olmaqla problemlər qalmaqdadır.

Bununla belə, keçmiş prezident Donald Trampın hakimiyyəti dövründə bir neçə il “Amerika Birincidir” mesajından sonra Baydenin mesajı “Amerika geri qayıdır” olaraq qalır.

ABŞ prezidenti Co Bayden: “Biz müttəfiqlərimizi və dostlarımızı müdafiə edəcəyik və güc iqtisadi məcburiyyət, texniki istismar və ya vasitəsilə ərazinin dəyişdirilməsi cəhdləri dezinformasiya yolu ilə zəif ölkələr üzərində dominantlıq edən daha güclü ölkələrə qarşı çıxacağıq. Lakin biz yeni soyuq müharibə və ya ciddi bloklara bölünmüş dünya axtarmırıq.”

Lakin Bayden demokratiya və avtokratiyalar arasında mübarizə adlandırdığı xətləri çəkdi. O, dekabr ayında virtual demokratiya sammitində sonradan video vasitəsilə görüşdüyü Çin prezidenti Şi Tsinpin və Rusiya prezidenti Vladimir Putin istisna olmaqla 100-dən çox ölkəni bir araya gətirərək, xarici siyasət doktrinasının əsas mövzusunu vurğuladı.

“Bunlar Çin ilə, Rusiya ilə əməkdaşlığı tələb edən ekologiya və pandemiya ilə bağlı mürəkkəb problemlər ətrafında qlobal əməkdaşlıqdır. Amma digər tərəfdən də ABŞ-ın demokratik dövlətlərlə əməkdaşlıq edəcəyi, ABŞ-ın demokratik bir ölkə olduğu mövzusu diqqətdə saxlanılır və Birləşmiş Ştatlar avtoritar çağırışlara ciddi çağırış kimi baxır”, Vellesli Kollecində təhlilçi Steysi Qoddard bildirib.​

Hazırda hərbi güc və geosiyasi təsirinə görə əsas rəqib olan Çin Baydenin xarici siyasət prioritetidir.

Lakin digər rəqib olan Rusiya Ukrayna sərhədi boyunca on minlərlə hərbçini səfərbər edərək diqqətdən kənarda qalmır.

“Rusiya həll olunmuş problem deyil. O, ABŞ və avropalı müttəfiqlərimizlə maraqları ziddiyyət təşkil edən əsas oyunçu olaraq qalır. Beləliklə, həqiqətən bu məsələ kənara qoyula bilməz. Düşünürəm ki, biz burada Rusiya Federasiyasından ABŞ-a xatırlatmaq üçün bir növ davranış görürük ki, onlar bu maraqları həyata keçirmək istəyir və bu maraqlara məhəl qoyula bilməz”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi​nin təhlilçisi Endryu Lozen bildirib.

Digər həll olunmamış problem isə Şimali Koreyadır, burada administrasiya Kim Çon Un nüvə silahı proqramını dayandıracağına söz verməsə, razılaşma əldə etməkdən çəkinir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG