Accessibility links

İlkin Rüstəmzadə: “Cəmiyyət öz enerjisini daha vacib məqsədlərə sərf etməyə saxlamalıdır”


İlkin Rustəmzadə
İlkin Rustəmzadə

“Həbsxanalarda bir qrup fəalın keçirdiyi aclıq aksiyasının məqsədi hakimiyyətin siyasi məhbuslara qarşı repressiyalarına müqavimətin nümayişi idi”.

Bu barədə siyasi məhbus, gənc fəal İlkin Rüstəmzadənin bəyanatında deyilir.

"Biz konkret olaraq bloger Mehman Hüseynovun, özümüzün və ya kiminsə azadlığı üçün aclıq aksiyası keçirməmişdik. Məqsədimiz birlik göstərmək və hakimiyyətin siyasi məhbuslara qarşı repressiyalarına müqavimət göstərmək idi," Rüstəmzadə yazır.

O həmçinin siyasi məhbusların azad edilməsi tələbi ilə yeni mitinq keçirilməsi ideyasına münasibət bildirib.

Şəxsən, mən siyasi məhbus olaraq siyasi məhbuslara azadlıq tələbilə təkrar aksiya keçirilməsinin və cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyiləm.
İlkin Rüstəmzadə, siyasi məhbus hesab edilən fəal

"Şəxsən, mən siyasi məhbus olaraq siyasi məhbuslara azadlıq tələbilə təkrar aksiya keçirilməsinin və cəmiyyətdə əlavə gərginlik yaranmasının tərəfdarı deyiləm. Cəmiyyət öz enerjisini daha vacib və gərəkli məqsədlərə sərf etməyə saxlamalıdır," bəyanatda qeyd edilir.

O, cəmiyyətin öz gücünü Rusiya qoşunlarının Azərbaycana yerləşdirilməsinin mümkünlüyünə qarşı mübarizə üçün birləşdirməli olduğunu bildirib.

Öz növbəsində, Penitensiar Xidmət məhbusların aclıq aksiyası ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Heç kim təcridxana və cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirməyib,” o qeyd edib.

Yanvarın 13-də 13 saylı cəzaçəkmə müəssisəsində İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə və Elçin İsmayıllı Mehman Hüseynovla həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlaması barədə yerli media inların bəyanatını yayıb.

Digər cəzaçəkmə müəssisələrində də siyasi məhbus hesab edilən - Qiyas İbrahimov, Fuad Əhmədli və Orxan Baxışlının da aksiyaya qoşulduğu bildirilib.

Yanvarın 23-də hakimiyyət bloger Mehman Hüseynova qarşı yeni cinayət işinə xitam verdikdən sonra aclıq aksiyası dayandırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG