Accessibility links

İlkin Rüstəmzadənin anası: Oğlum aksiyanı dayandırmayıb, 9 gündür aclıq edir


İlkin Rustəmzadə
İlkin Rustəmzadə

“İlkin Rüstəmzadə və Bayram Məmmədov aclıq aksiyasını dayandırmayıb. Bu gün artıq 9 gündür aclıq edirlər.”

Bu barədə İlkin Rüstəmzadənin anası Atlas Hüseynova Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:03:41 0:00

Onun sözlərinə görə, yanvarın 21-də Bəkir Xəlilov cəzaçəkmə müəssisəsində oğlu İlkin Rüstəmzadə ilə görüşüb.

“İlkin Rüstəmzadənin də, Bayram Məmmədovun da səhhətində ciddi dəyişiklik yoxdur. Amma, aclıq etmələrinə baxmayaraq hələ də onlar üçün xüsusi yer ayrılmayıb, həkim nəzarətində deyillər,” o qeyd edib.

“Nə bizim, nə də İlkinin hər hansı müraciəti olmayıb. Seçim İlkinin özünündür. Amma beynəlxalq təşkilatların, Almaniya kansleri Angela Merkelin prezidentə müraciəti olub.

İlkin Rüstəmzadənin ailəsinin oğullarının həbsdən azad edilməsi ilə bağlı hökumətə müraciəti olmayıb.

“Nə bizim, nə də İlkinin hər hansı müraciəti olmayıb. Seçim İlkinin özünündür. Amma beynəlxalq təşkilatların, Almaniya kansleri Angela Merkelin prezidentə müraciəti olub. Bunlar da söz olaraq qalır.”

Rüstəmzadənin ailəsi siyasi məhbuslara dəstək tələbi ilə keçirilən aclıq aksiyasını müdafiə edir.

Həbs edilmiş N!DA-çı fəal İlkin Rüstəmzadənin ailəsi- anası Atlas Rüstəmzadə, bacısı və atası
Həbs edilmiş N!DA-çı fəal İlkin Rüstəmzadənin ailəsi- anası Atlas Rüstəmzadə, bacısı və atası

“Biz valideynlər aclıq aksiyasında iştirak edə bilmirik. İlkinin həbsindən sonra həm məndə, həm də atasında şəkər yaranıb. Atası üç dəfə ürək əməliyyatı keçirib. Təbii ki, siyasi məhbusların azadlığı üçün atılan hər bir addım müsbət hadisədir. Təki nəticəsi olsun.”

Ana hesab edir ki, siyasi məhbuslar içərisində İlkin Rüstəmzadəyə qarşı olan aqressiya heç kimə qarşı yoxdur.

“İlkinin heç bir işi düz getmir. İlkinin Avropa İnsan Hüquqları Məhkəməsində belə işinə normal baxılmır.

“İlkinin heç bir işi düz getmir. İlkinin Avropa İnsan Hüquqları Məhkəməsində belə işinə normal baxılmır. Avropa Məhkəməsi İlkindən sonra həbs olunanların, 2016- 2017-ci illərdə həbs olunanların işinə baxıb, amma İlkinin işinə hələ baxmayıb. Məncə, İlkinin işinə prioritet qaydada baxılmalıdır. Çünki İlkin hələ də həbsdədir. İlkinlə həbs olunub sonradan azad olunanların işinə belə baxılıb. 2017-ci ilin iyul ayında İlkinlə bağlı Avropa Məhkəməsinin başqa bir iş üzrə kəsdiyi konpensasiya hələ də verilməyib. Tutaq ki, ölkədə aqressiya var, Avropadakı bu aqressiyanı başa düşmürəm,” o qeyd edib.

Ana oğlunun və digər gənclərin ömürlərinin həbsxanada keçməsinə təəssüf edir.

“Həbsdə olan gənclərin hamısı intellektual gənclərdir. Hamısını özümə bala bilirəm. Sadəcə belə təhsilli, bacarıqlı gənclərin ömürlərini həbsxanada keçirməsinə heyfim gəlir”, Atlas Hüseynova qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, Azərbaycanın cəzaçəkmə müəssisəslərində aclıq aksiyası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Heç bir məhkum və ya həbs edilmiş şəxs aclıq akiyası keçirmir", o qeyd edib.

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 2013-cü ilin yazında həbs edilən 8 üzvündən biridir. O, 8 il həbsə məhkum edilib.

Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa ittihamlarla uzun müddətə həbs olunublar.

Gənclərin həbsi 2013-cü il martın 10-da əsgər ölümünə etiraz aksiyasından sonraya təsadüf edir.

“Amnesty International” (Beynəlxalq Əfv) təşkilatı İlkin Rüstəmzadəni “vicdan məhbusü” elan edib.

Sonradan İlkin Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa buraxılıb.

Gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov 2016-cı il mayın 10-da həbs edilib. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. Gənclərin həbsi hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarından bir gün sonraya təsadüf edir.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG