Accessibility links

İlon Maskın Neuralink şirkəti heyvanların beyinlərinə çip yerləşdirir


Milyarder sahibkar İlon Maskın nevroloji startap şirkəti Neuralink cümə günü iki aydır beynində sikkə ölçüsündə bir çip ilə gəzən Gertrud adında donuzu təqdim edib. Bu, bəzi insan xəstəliklərini bənzər implantla müalicə etmək yolunda atılan ilk addım olaraq görülür.

Tesla Inc və Space X şirkətlərinin baş icraçı direktoru Maskın həmtəsisçisi olduğu və 2016-cı ildə San Frasiskoda fəaliyyətə başlayan Neuralink şirkətinin məqsədi altsheymer, demensiya kimi nevoroloji xəstəlikləri, habelə onurğa beyni xəsarətlərini müalicə etməyə yarım etmək üçün insan bədənin ən mürəkkəb orqanına içində minlərlə elektrodun olduğu simsiz beyin-kompüter interfeysi yerləşdirmək və insanlığı süni intellektlə birləşdirməkdir.

“İmplantasiya edilə bilən cihaz bu problemləri həll edə bilər,” Mask, yaddaş itkisi, eşitmə qabiliyyətinin itməsi, depressiya və yuxusuzluq kimi xəstəliklərə istinadən cümə günü vebkast vasitəsilə bildirib.

Mask bu müalicənin nə zaman hazır olacağını deməyib, baxmayaraq ki, daha öncə insan üzərində sınaqların bu ilin sonuna qədər başlayacağını deyirdi. Neuralinkin baş cərrahı Dr. Metyu MakDuqal deyib ki, şirkətin çox az sayda insan üzərində keçiriləcək ilk klinik sınağının məqsədi iflic və ya paraplegiyanı müalicə etmək olacaq.

Şirkətlə əlaqəsi olmayan neyroşünaslar deyir ki, şirkətin təqdimatı Neuralinkin iri addımlar atdığını göstərir. Lakin onlar bunun üzərində daha uzun tədqiqatların aparılmalı olduğu barədə xəbərdarlıq edirlər.

Mask təqdimatı “üç balaca donuzun nümayişi” adlandırıb. Beyninin burnu idarə edən hissəsinə Neuralink implantı yerləşdirilən Gertrud adlı donuz hər dəfə yerdəki samanı qoxladığında onun sinir fəaliyyətini izləyən qrafikdə cizgilər əmələ gəlib.

Mask deyib ki, şirkət üç donuzun hər birinə iki implant yerləşdirib. O daha öncə də beyninə impalnt yerləşdirilən donuzu təqdim edib. Mask onların “sağlam, xoşbəxt və normal donuzlardan heç bir fərqlərinin olmadığını” deyib.

Mask diametri təxminən 23 millimetr olan Neuralink çipinin “kəllənin içində xırda simləri olan bir Fitbit cihazı” kimi təsvir edib.

“Mənim indicə beynimdə Neuralink ola bilərdi və sizin bundan xəbəriniz olmazdı. Bəlkə də var,” o deyib.

Toronto universitetinin nevrologiya üzrə tədqiqatçısı Qraem Moffat deyib ki, Neuralinkin irəliləyişləri yeni çipin ölçüsü, mpbil olması, gücün idarəolunması və simsiz olması səbəbilə “böyük sıçrayış”dır.

Stanford Universitetinin neyroşünası Sergey Staviski bildirib ki, şirkət çipi 2019-cu ilin iyul ayında ilk təqdim edəndən bəri əhəmiyyətli və dərin təsir bağışlatan irəliləyiş əldə edib.

Bəzi tədqiqatçılar deyir ki, cihazın davamlılığını müəyyən etmək üçün əlavə araşdırmalar aparılmalıdır.

Şirkətin alimlərindən biri təqdimat zamanı deyib ki, Neuralinkin çipi həmçinin beyin dalğalarını oxuyaraq nevroloji xəstəlikləri anlamağı asanlaşdıra bilər.

XS
SM
MD
LG