Milyarder sahibkar İlon Mask Los Ancelesin ağır tıxacları aradan qaldıracaq bir vasitə olacaq iki il əvvəl başlatdığı yeraltı tranzit layihəsinin ilk tunelinin açılışını edib.
18 dekabrda canlı yayımlanan 30 dəqiqəlik təqdimatda Mask onun Boring şirkəti tərəfindən hazırlanan 1,83 km tunel seqmentini aşağı qiymətli, sürətlə qazma texnologiyasında sıçrayış kimi qiymətləndirib.
Maskın sözlərinə görə, avtomobili saatda 150 mil sürətlə idarə etməyə imkan verəcək bu tunel Amerikanın ikinci ən böyük şəhəri olan Los Ancelesdə nəqliyyat vasitələri və piyadaları cansıxıcı tıxacdan xilas edəcək yüksək sürətli yeraltı şəbəkəsinin inkişafı üçün atılan ilk addımdır. Amma belə bir sistemin tam təşkili üçün gediləsi çox uzun bir yol var.
İsifadəyə verilmiş yeni tunel Los-Ancelesdən deyil, Maskın Boring şirkəti ilə SpaceX şirkətinin qərargahlarının yerləşdiyi Hautorn adlı kiçik qəsəbənin altından keçir.
Çərşənbə axşamı Mask qeyd edib ki, tunelin qazıntısı daxili infrastruktur, işıqlandırma, havalandırma, təhlükəsizlik sistemləri və kommunikasiya da daxil olmaqla, təxminən 10 milyon dollara başa gəlib.
Müqayisə üçün Mask bildirib ki, "ənənəvi" mühəndislik metodları ilə bir mil tunel qazmaq 1 milyard dollara qədər başa gəlir və 3-6 ay davam edir.
Maskın nəzərdə tutduğu "loop" sistemi yeraltı şəbəkəyə düşdükdən sonra elektrik enerjisi ilə tunellərdən keçə bilən "skeyt" adlanan sərnişin və avtomobil daşıyıcı platformalarından ibarət olacaq.
Əgər yeni layihə uğurlu olarsa Havtorn tunelinin gələcəkdə qurulacaq digər tunellər şəbəkəsinə qoşulması nəzərdə tutulur.
Boring şirkətinə iyun ayında Çikaqo şəhərinin mərkəzini şəhərin əsas hava limanına birləşdirən 17 kilometrlik yeraltı tranzit sistemi qurmaq həvalə edilib. Şirkət həmçinin Vaşinqton şəhərindən Merilendin şəhərətrafı ərazisinə gedəcək Şərq Sahili Döngəsi adlı yeni bir layihənin başlatmaq istəyindədir.