Accessibility links

İlqar İbrahimoğlu dindirildikdən sonra sərbəst buraxılıb


İlqar İbrahimoğlu

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saatlarında sərbəst buraxılıb.

Bu barədə İbrahimoğlunun özü Facebook səhifəsində canlı yayımda bildirib.

O, oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.

“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” o qeyd edib.

İbrahimoğlu həmçinin telefonuna bir neçə gün əlçatımlığı olmayacağını və bu səbəbdən ona telefon və sosial şəbəkələr vasitəsi ilə müraciət edilməməsini xahiş edib.

Bununla yanaşı, İlqar İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Bundan öncə vəkil Cavad Cavadov Amerikanın Səsinə oktyabrın 19-da İbrahimoğlunun evində axtarış aparıldığını və daha sonra onun Dövlət Təhlükəsizliyi Xidmətinə aparıldığını bildirib.

İlqar İbrahimoğlu saxlanılmasından öncə Facebook səhifəsində canlı efir vasitəsi ilə hüquq mühafizə orqanlarının nümayəndələrinin onun evində axtarış apardığını bildirib.

“Bəyan edirəm ki, bizim bütün fəaliyyətimiz xalqımız üçün, xalqımızın azad ruhlu, ləyaqətlə yaşaması üçündür,” o qeyd edib.

İlahiyyatçının şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxta təsadüf edir.

İlqar Ibrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O, 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.

Son illərdə İbrahimoğlu daha çox insan hüquqlarının müdafiəsi sahəsində fəal olub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG