Accessibility links

İlqar Məmmədov: Azərbaycanda kimin nə qədər rüşvət aldığı məlumdur


ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində ölkədə korrupsiya, rüşvət halları, büdcə xərcləmələri üzərində nəzarət mexanizmləri və çıxış yollarından danışıb.

Amerikanın Səsi: Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda büdcə vəsaitlərinin talanması ilə bağlı yüksək vəzifəli şəxsləri həbsə alıb. Bununla yanaşı, Maliyyə Nazirliyində, Nazirlər Kabinetində, Prezident Administrasiyasında büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirən vəzifəli şəxslər var, həmçinin Hesablama Palatası və digər qurumlar da fəaliyyət göstərir. Bu qurumların məsuliyyəti nədən ibatərdir, onların fəaliyyətinə hüquqi qiymət verilməlidirmi?

Büdcə şəffaflığını, büdcə icrasının keyfiyyətini istəyiriksə, ilk növbədə paralment öz təməl köklərinə qayıtmalıdır. Yəni, büdcə vəsaitlərinin yığılması və xərcləri üzərində nəzarət orqanı olmalıdır.

İlqar Məmmədov: Büdcənin xərclənməsi üzərində ilk növbədə işi parlament görməlidir. Ümumiyyətlə, əgər biz parlamentarizmin tarixinə baxsaq, parlament özü, Milli Məcls və ya dünya üzrə başqa adla tanınan parlamentlər. Parlamentlər ilk öncə İngiltərədən başlayaraq və digər ölkələrdə davam edərək, büdcə xərclərinin nəzarəti üzərində qurulub. Parlament nəzarətinin yoxluğunda, əgər parlament öz funksiyasına görə, həmin o təməl prinsipinə, onun doğum sertifikatında yazılan prinsipə uyğun gəlmirsə, hər hansı başqa dövlət qurumları, istəyir onun sayı on olsun, ya da on beş olsun, büdcə nəzarəti funksiyasını təkbaşına, ayrıca həyata keçirə bilməyəcək. Ona görə, biz büdcə şəffaflığını, büdcə icrasının keyfiyyətini istəyiriksə, ilk növbədə paralment öz təməl köklərinə qayıtmalıdır. Yəni, büdcə vəsaitlərinin yığılması və xərcləri üzərində nəzarət orqanı olmalıdır. Hər kəsi səlahiyyətləndirməlidir. Bu səlahiyyətləri hər kəs ciddi qəbul etməlidir. Sadəcə notarial kontorun hansısa sənədi təsdiqləməsi, yaxud rədd etməsi kimi deyil.

İlqar Məmmədov: Azərbaycanda kimin nə qədər rüşvət aldığı məlumdur
please wait

No media source currently available

0:00 0:09:24 0:00

Amerikanın Səsi: Bəs hüquqi məsuliyyətlə bağlı nə deyə bilərsiniz? Çünki məsələn, Maliyyə Nazirliyində Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət idarəsi var. Eyni zamanda, Hesablama Palatası və digər qurumlar var. Bunların məsuliyyəti nədən ibarətdir?

Mən parlament üzvü olsa idim ilk növbədə büdcə komissiyasına yazılardım. Büdcə nəzarəti üzərində işimi qurardım

İlqar Məmmədov: Onların məsuliyyətini parlament müəyyən etməlidir. Onlar parlamentə məlumat verəndə, illik hesabat verəndə deputatlar onların yaxasından tutmalıdır və deməlidir ki, bu vəsaitlər niyə belə xərclənib? Niyə başqa cür xərclənib? Bu, ildən-ilə davam etməlidir. Bunun bir təcrübəsi, ənənəsi formalaşmalıdır. Mən parlament üzvü olsa idim ilk növbədə büdcə komissiyasına yazılardım. Büdcə nəzarəti üzərində işimi qurardım. Çünki bu, parlamentarizmin təməlidir ki, insanlardan yığılan vergilər dövlət tərəfindən necə xərclənir. Ona görə, siz Maliyyə Nazirliyində və ya başqa dövlət qurumlarında sayı-hesabı olmayan nəzarət qurumları yaradın, heç bir faydası yoxdur. Ancaq parlament nəzarəti bu məsələni çözə bilər.

Amerikanın Səsi: Rəsmi məlumatlarda deyilir ki, Mədəniyyət Nazirliyinin, icra qurumlarının məsul şəxsləri məktəblərdən və obyektlərdən, tikinti-quruculuq işlərindən, sahibkarlardan, vəzifə təyinatları zamanı külli miqdarda təkrarlanan rüşvətlər alıblar. Bununla yanaşı, media illərdir Təhsil Nazirliynin və digər qurumların nəzdində olan məktəblərdə, tiktinti-quraşdırma işlərində, tenderlərdə, digər iş və fəaliyytələr müqabilində rüşvətlər barədə məlumatlar yayır. Bu sahələrdə də hüquqi araşdırmalar aparılmalıdırmı?

Hər hansı bir ayrı qurumun kənara çıxarılaraq, onun təklənməsi və vurulması prosesi insanlarda ancaq elə bir təəssürat yaradır ki, buna sistemdaxili siyasi ehtiyac yaranıb. Yəni, bu, korrupsiya ilə mübarizə məqsədi üçün edilmir.

İlqar Məmmədov: Azərbaycan cəmiyyətinə kimin harada, nə qədər rüşvət alması kifayət qədər məlumdur. Hər hansı bir ayrı qurumun kənara çıxarılaraq, onun təklənməsi və vurulması prosesi insanlarda ancaq elə bir təəssürat yaradır ki, buna sistemdaxili siyasi ehtiyac yaranıb. Yəni, bu, korrupsiya ilə mübarizə məqsədi üçün edilmir. Azərbyacan cəmiyyətində bu təəssürat çox ciddidir və güclüdür. Çünki, hər kəs kimə nə çatır bilir, bunu sirr saxlamaq mümkün deyil və Azərbaycanda çoxdandır sirr deyil. Ona görə, ayrı-ayrı nazirlikləri təkləyib vurmaqla məsələ çözülməyəcək. Qanunverici orqanın icra orqanı üzərində parlament nəzarəti qaydasında işi qurulmalıdır. Şəffaflıq təmin edilməlidir. Parlamentarilər, millət vəkilləri xalq tərəfindən seçilməlidir. Bu mövqedən çıxış edərək icra qoluna qarşı tələbkar olmalıdırlar.

Amerikanın Səsi: Yerli medianın məlumatlarının təhlili həmçinin göstərir ki, ölkədəki əksər qurumlarda rüşvət və korrupsiya halları var. Vəziyyətətdən çıxış yolunu nədə görürsünüz? Hazırda aparılan əməliyyat-istintaq tədbirləri və islahatlar ölkədə şəffaflığın yaranmasına şəriat yarada bilərmi?

Bu, qısa müddətdə kimlərinsə iştahlarını azalda bilər. Qısa müddətdə. Amma, uzun müddətli baxışda, bu, çözüm yolu deyil.

İlqar Məmmədov: Bu, qısa müddətdə kimlərinsə iştahlarını azalda bilər. Qısa müddətdə. Amma, uzun müddətli baxışda, bu, çözüm yolu deyil. Bunun üçün tamamilə başqa addımlar atılmalıdır. İlk növbədə dövlət sektorunda maaşlar artırılmalıdır. İcra başçısına min manat maaş verib, ondan korrupsiyadan uzaq olmasını tələb edə bləməzsiniz. O, istər-istəməz korrupsiyaya qurşanacaq və insanları da tədricən buna cəlb edəcək. Qısa müddətli, əlbəttə ki, bu, bir qorxu atmosferi yarada bilər və hansısa nəticələr verə bilər. Lakin bunun uzun müddətli yolu, ilk növbədə dövlət sektorunda işləyənlərin maaşlarının artırılması, dövlət sektorunda işə qəbulun şəffaflığı və peşəkarlıq meyarlarına əsaslanması və əlbəttə, bayaq qeyd etdiyim kimi icra qolu üzərində parlament nəzarətinin güclənməsidir.

Amerikanın Səsi: Sizcə ölkədə korrupsiya və rüşvət hallarının sistematik xarakter alması ayrı-ayrı vəzifəli şəxslərin fəaliyyətinin nəticəsidir, yoxsa mövcud idarəetmə sistemindən irəli gəlir?

İlqar Məmmədov: Ancaq sistemin qüsurudur. İlk növbədə sistemin qüsurudur. Ayrı-ayrı insanlar istənilən ölkdə təbii ki, dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadəyə meyillənə bilər. Lakin bunu demokratik, sivil ölkələrdə məhdudlaşdıran institutlar, təhsisatlar var. Azərbaycanda həmin o institutlar rəsmən mövcud olsalar da, mahiyyətinə görə həmin funksiyanı yerinə yetirmir. Ona görə, ilk növbədə təsisat baxımından dəyişikliklər aparılmalıdır və ancaq o təqdirdə kütləvi korrupsiya Azərbaycanın siyasi gündəmindən çıxarıla bilər.

Amerikanın Səsi: ReAL Partiyası gizli iqtisadiyyat, korrupsiya və rüşvət girdabından qurtulmaq üçün hansı təkliflər irəli sürüb? Sizcə, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olması, Avropa İttifaqı, NATO və digər beynəlxalq qurumlara inteqrasiyanı sürətləndirməsi ölkədə şəffaflığın yaranmasına təkan verə bilərmi?

İlk növbədə azad, ədalətli seçkilər keçirilməlidir.

İlqar Məmmədov: Biz Ümumdünya Ticarət Təşkilatına üzvlüyü əlbəttə, öz məqsədlərimiz siyahısına yazmışıq. Biz istəyirik ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olsun. Amma, tək bu yetərli deyil. Avropa İttifaqı ilə strateji əməkdaşlıq haqqında sənəd imzalanmalıdır ki, Azərbaycan ixracatçılarının yolu Avropaya açılsın. İxracat korrupsiyaya qarşı mübarizədə çox vacib alətlərdən biridir. Çünki yerli istehsal tək iqtisadi gücə yox, həm də tədricən siyasi nüfuza sahiblənir və sistemi normallaşdırır. Bundan başqa Azərbaycan Avropa Şurasında GRECO (Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Dövlətlər Qrupu) təşəbbüsünün üzvüdr. GRECO təşəbbüsünün meyarlarında ilk baxışda Azərbaycan özünü heç də pis göstərmir. Ancaq90 bu, artıq ondan xəbər verir ki, GRECO-nun meyarları siz deyən o qədər də güclü, əhatəli deyil və ola bilər ki, onların üzərində işləmək lazımdır. Bu bir də onu göstərir ki, biz təkcə xarici resurslara, yəni Ümumdünya Ticarət Təşkilatıdır, Avropa İttifaqı ilə ticarət sazişidir, GRECO çərçivəsində Avropa Şurası ilə əməkdaşlıq, bunlar öz yerində, amma Azərbaycanın daxili siyasi sistemindən irəli gələn stimullar yaradılmalıdır. Bunun üçün də ilk növbədə azad, ədalətli seçkilər keçirilməlidir. Qanunverici hakimiyyətin hakimiyyətin icra qolu üzərində çox ciddi, sistemli, dərin nəzarəti qurulmalıdır. Parlamentin sırf təməl funksiyası yerinə yetirilməldiir. Parlament ilk növbədə insanlardan yığılmış vəsaitin dövlət tərəfindən necə xərclənməsi üzərində nəzarət mexanizmi olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG