Accessibility links

İlqar Məmmədov: ‘Boykot, boykot...indiyəcən hansı nəticə verib?’


REAL partiyasının sədri İlqar Məmmədov vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr zamanı, 7 sentyabr 2019
REAL partiyasının sədri İlqar Məmmədov vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr zamanı, 7 sentyabr 2019

Sentyabrın 7-də REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələr keçirilib. Partiya sədri İlqar Məmmədov seçici iştirakçılığından danışıb, sualları cavablandırıb. O, daha çox indiyəqədərki seçki və referendumlarda müxalifətin boykot qərarı qəbul etməsini tənqid edib. Bu qərarların doğru olmadığını deyib. Onun fikirincə, boykot qərarları heç də sonda müxalifətin istəklərinə cavab verməyib. İlqar Məmmədova görə, boykot edilən hər seçkidən sonra hakimiyyətin beynəlxalq aləmdə təcrid olunacağı ilə bağlı gözləntilər də özünü doğrultmayıb və hər şey əksinə olub.

"Kim təcrid olunub, belə təcrid olunur. Azərbaycan prezidenti dünya rəhbərləri tərəfindən qəbul olunur, Azərbaycan parlamenti beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Belə təcrid olar. 2015-ci ilin parlament seçkiləri, 2018-ci ilin prezident seçkisi, 2016-cl ilin referendumu yenə baykot. Ümumiyyətlə 2002, 2009, 2016-ci illərdə 3 dəfə referendum keçirilib üçünü də müxalifət boykot edib. Hansı biri nəticə verib, hansı biri hansısa irəlləyişə gətirib çıxarıb."

İlqar Məmmədov REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələrdə çıxış edir, 7 sentyabr 2019
İlqar Məmmədov REAL qərargahında vətəndaşlarla birgə seçki mövzusu ilə bağlı müzakirələrdə çıxış edir, 7 sentyabr 2019

Partiya sədri hesab edir ki, əslində hər boykotdan sonra hakimiyyət öz planlarını daha rahatlıqla həyata keçirir.

İlqar Məmmədov hesab edir ki, keçirilən bütün referendumların kökündə monarxiya təməllərinin möhkəmləndirlməsi, bunun əksinə olaraq cümhuriyyət ənənələrinin zəiflətmə əsas xətt kimi götürülüb.

"Ona görə deyirəm ki, boykot mübarizə üsulu deyil"

Əgər hakimiyyət demokratik seçki mühiti yaratmayacaqsa...?

Müzakirələrdə REAL sədrinə belə bir sual ünvanların: Əgər hakimiyyət ölkədə demokratik seçki mühiti yaratmayacaqsa onda bu mühiti kim yaratmalıdır?

Partiya sədri deyib ki, əgər hakimiyyət xoşməramlı olsaydı bu ölkədə seçki mühitini yaradardı, yox əgər bunu etmirsə onda bu işi müxalifət görməli, heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını alağa çalışmalıdır."Seçki təkcə sərbəst toplaşma azadlığı və ya digər bu kimi azadlıqlardan ibarət deyil. Müxalifət heç olmasa insanlarda seçki ruhunun ölməsinin qarşısını almalı. Deməlidir ki, bu dəfə gedim görüm bəlkə nəyəsə nail olmaq olar , yoxsa hər dəfə boykot və onsuz da seçkidə heç nəyə nail olmaq olmaz və ya onsuz da Məzahir Pənahov və ya Güləfruz xala nə isə edəcək. Əlbəttə onda uduzacaqsan..."

Hakimiyyət 2016-cı il referendumunu niyə asanlıqla keçirə bilib?

İlqar Məmmədov bunu da müxalifətin referendumdan bir il əvvəlki seçkilərlə bağlı qəbul etdiyi boykotla əlaqələndirir.

AzadlıqRadiosu

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG