Accessibility links

İlqar Məmmədov: Məqsəd cumhuriyyət dəyərləri böhranından çıxmaqdır


İlqar Məmmədov: Məqsəd cumhuriyyət dəyərləri böhranından çıxmaqdır
please wait

No media source currently available

0:00 0:09:23 0:00

Respublikaçı Alternativ ReAL partiyası Aərbaycanda fevral ayının 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərində seçki bloku ilə iştirak edəcəyini bildirib. Blok “real cumhhuriyyətçilər bloku” adlanacaq. ReAL partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində yeni yaradılmış “Real cumhuriyyətçilər ittifaqı” bloku və növbədənkənar parlament seçkilərində partiyanın strategiyasından danışıb.

“Biz fikirləşdik ki, bizim partiya təkcə partiya siyahısı ilə seçkilərə getməyimiz bir qədər bizi seçiciləri əhatə etməkdə, Azərbaycanın regionlarını, müxtəlif sosial qruplarını əhatə etməkdə bizə məhdudiyyətlər qoya bilər, ona görə bir çox siyasi sistemlərdə olduğu kimi tək partiya kimi deyil, koalisiya formasında seçkilərə qatılmaq qərarını qəbul elədik və ilk olaraq bu koalisiyanı bir sıra müstəqil namizədlərə təklif etdik” – deyə, ReAL lideri bildirib.

İlqar Məmmədovun blokun “cumhuriyyətçilik dəyərlərinin və təsisatlarının möhkəmləndirilməsi” platformasından seçkilərə qatıldığını bildirib.

“Son illərdə-biz partiyada qeyd elədiyimiz kimi, bizim partiya bu mövzu ilə, bu gündəmlə tanınır-Azərbaycanda cumhuriyyətçiliyin təməlini təşkil edən bir çox dəyərlər və təsisatlar elə hala gəlmişdir ki, onları möhkəmlətmək lazımdır. Biz bu müstəqil namizədlərlə birgə Azərbaycanda yeni partlamentdə təmsil olunaraq, icra, qanunverici və məhkəmə hakimiyyətləri arasında hakimiyyət bölgüsünün möhkəmləndirilməsi uğrunda çalışacayıq. Biz düşünürük ki, Azərbaycanın hal-hazırda üzləşdiyi problemlərin bir çoxu məhz ondan irəli gəlir ki, hakimiyyət bölgüsü, hakimiyyətin klassik olaraq üç qolu arasında bölgüsü yetərincə təmin olunmayıb, onu möhkəmlətmək lazımdır və bu yolla Azərbaycanda cumhuriyyətçilik dəyərlərini və təsisastlarını gücləndirmək lazımdır.”

İlqar Məmmədov seçkiqabağı kampaniya zamanı digər siyasi partiyalar arasında əməkdaşlığın mümkünlüyün qeyd edib.

“Ən yaxşı yolu bunun dairələri bölüşdürməkdir, dairələrdə bir-birimizə qarşı rəqabət aparmamaqdı. Bunu biz öncədən təklif etmişdik. Biz bilirdik ki, seçkiqabağı hazırlaşmaq lazımdır və hər kəsi buna dəvət edirdik. Çünki bizim gözləntilərimizə əsasən bu dəfə müxalifət nümayəndələrinə, demokratik namizədlərə qarşı istifadə olunacaq alət ənənəvi üsullardan, ənənəvi alətlərdən bir qədər fərqli olacaq. Bizə bu çağırışımıza ancaq müstəqil namizədlər cavab veriblər. Biz yenə də həm digər müstəqil namizədləri, həm də siyasi partiyaları bu sahədə əməkdaşlığa çağırırıq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG