Accessibility links

İlqar Məmmədov: Təcrübə siyasi məhbus probleminin həllində irəliləyişin mümkünlüyünü göstərdi


İlqar Məmmədov və Thorhildur Sunna Evarsdóttir (Foto İlqar Məmmədovun facebook səhifəsindənidr)

ReAL Partiyasının sədri İlqar Məmmədovla Avropa Şurası Parlanent Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Evarsdóttir ilə görüşü olub.

Bu barədə İlqar Məmmədov Facebook səhifəsində məlumat yayıb.

Partiya sədri məruzəçinin hazırlayacağı hesabatla bağlı geniş söhbət apardığını bildirir.

"Yanvarda (2020-ci ilin yanvar ayı nəzərdə tutulur-red) təqdim edəcəyi hesabatına qədər məncə bütün siyasi məhbusların azad edilməsi inandırıcı görünmür, amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq," ReAL lideri qeyd edib.

İlqar Məmmədov deyib ki, ölkədə siyasi məhbus prinsipi tam təmin olunmalı, Avropa məhkəməsinin qərarları tam icra olunmalıdır və bunun üçün siyasi partiyaların, sivil toplumun və beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var.

AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Evarsdóttir sentyabrın 5-dən Bakıda səfərdədir. Səfər çərçivəsində Ali Məhkəmə, Ədliyyə Nazirliyi təmsilçiləri, hüquq müdafiəçiləri və siyasi məhbus kimi tanınan şəxslərlə görüşlər keçirib.

XS
SM
MD
LG