Accessibility links

Bakıda MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılıb


Müsavat partiyasının üzvü Fərəc Kərimli saxlanılıb
please wait

No media source currently available

0:00 0:01:30 0:00

"Qanunsuz, razılaşdırılmamış aksiyanın qarşısı alınarkən xəsarət alan olmayıb”. Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

Onun sözlərinə görə, fəal üzvlər sadəcə ərazidən uzaqlaşdırılıb.

“Müsavat” və “Real” partiyalarının sədrləri Arif Hacılı və İlqar Məmmədovun saxlanmasına gəlincə, Ehsan Zahidov deyib ki, onlar da saxlanılmayıb, ərazidən uzaqlaşdırılıb.

Xədicə İsmayıl: Hamısını ləğv et
please wait

No media source currently available

0:00 0:01:09 0:00

Ehsan Zahidov onların harda olduğunu deməyib.

Gülağa Aslanlı deyib ki, Arif Hacılı barədə heç bir məlumat ala bilmirlər. 30-a yaxın müsavatçının saxlandığı avtobus isə hazırda Qaradağ istiqamətində hərəkət edir, saxlananları şəhərən çıxarırlar.

Deputatlığa namizəd Xalid Bağırov da saxlananlar arasındadır. O, saxlandığı avtobusun pəncərəsində "Biz seçki saxtakarlığına etiraz edirik" - deyə, qışqırıb. Amma az sonra polis avtobusun pəncərəsini bağlayıb.

Deputatlığa namizəd Rəbiyyə Məmmədova da saxlanıb. O da saxlanmazdan əvvəl seçkidən narazılıqlarını ifadə etməyə şərait yaradılmadığını demişdi.

Natiq Cəfərli deyib ki, İlqar Məmmədovun harada saxlandığını hələ də öyrənə bilmirlər, BMCMİ, BŞBPİ-dən saxlandığını inkar edirlər. Dediyinə görə, REAL-çılardan azı 20 nəfər saxlanıb.

Xədicə İsmayıl: Onları indi uzaq yerə aprıblar. Orada gözləyirlər
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Müsavat partiyasının üzvü Fərəc Kərimli saxlanılıb
please wait

No media source currently available

0:00 0:01:30 0:00
Polis MSK-nın qarşısında deputatlığıa namizədləri tutur
please wait

No media source currently available

0:00 0:01:09 0:00
MSK binası qarşısında video bloger Fatimə Mövlanlı fiziki təzyiqlə üzləşib
please wait

No media source currently available

0:00 0:01:04 0:00
"Seçki haqqımdır!!, "Ləğv et!"
please wait

No media source currently available

0:00 0:01:34 0:00
Bakıda MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılır
please wait

No media source currently available

0:00 0:00:43 0:00
Bakıda MSK qarşısında aksiya, deputatlığa namizədlər saxlanılır
please wait

No media source currently available

0:00 0:00:28 0:00

Polis qüvvələri MSK binası qarşısına gələn vətəndaşları kütləvi şəkildə tutulmasına başlayıb. Saxlanılanlar arasında saxtakarlıq barədə şikayətlərinə cavab almaq üçün gələn deputatlığa namizədlər də var.

Bir neçə nəfər deputatlığa namizəd “Azad seçkilər!” süarları səsləndirərkən polis tərəfindən tutulub.

MSK ərazisinə və ona bitişik küçələrə bir neçə yüz adam toplanıb və insanlar gəlməyə davam edir.

Etirazçılarla dolu avtobuslar hadisə yerindən uzaqlaşırlar.

****

Müsavat Partiyasının başqanı Arif Hacılı da saxlanıb. Onu evinin qarşısında mülkü paltarlı adamlar saxlayaraq naməlum istiqamətə aparıblar. Arif Hacılı deyib ki, o, deputatlığa namizəddir və onu özünü təqdim etmədən saxlamaq tamamilə qanusuzdur.

MSK-nın binası qarşısında polis aksiya iştirakçılarını saxlayır
please wait

No media source currently available

0:00 0:01:23 0:00

Arif Hacılının saxlanmasına hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

****

Polis MSK-ya gedən yolları hər tərəfdən bağlayıb.

Polis MSK-nın qarşısını mühasirəyə alıb
Polis MSK-nın qarşısını mühasirəyə alıb

Bundan əlavə fevralın 16-da səhər saatlarında polislər metronun “28 May stansiyasının” qarşısındakı ərazini avtomobillərdən və avtobuslardan təmizləyib.

MSK-nın binasının üstündə dron uçur
please wait

No media source currently available

0:00 0:00:18 0:00

Polis MSK-nın qabağını bağlayıb
please wait

No media source currently available

0:00 0:00:34 0:00

“28 May stansiyasının” qarşısındakı ərazi
“28 May stansiyasının” qarşısındakı ərazi

Küçələrə bitişik ərazilər Daxili İşlər Nazirliyinin Çevik polis alayının əməkdaşları tərəfindən nəzarətə götürülüb. Mitinq saat 15:00-a planlaşdırılıb.

***

Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının qarşısına təyin edilən aksiyadan əvvəl saxlanılanlar var.

ATƏT-in uzunmüddətli müşahidə missiyası aksiyanı müşahidə edir
please wait

No media source currently available

0:00 0:00:47 0:00
Araşdırmaçı jurnalist Xədicə İsmayıl və deputatlığa namizəd Rəbiyyə Məmmədova MSK-nın qarşısına doğru gedirlər
please wait

No media source currently available

0:00 0:01:10 0:00

Saxlanılanlar arasında REAL Partiyasının sədri İlqar Məmmədov , D18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli və Müsavat Partiyasından deputatlığa namizədlər Əlikram Xuşudov və Bakıxan Qəribli, səlahiyətli nümayəndə Bayraməli Abdullayev də var.

Müşahidəçilərin qənaətinə görə, saxlanılanların sayı daha çoxdur.

İlqar Məmmədovun yaxınları Amerikanın Səsinə bildirib ki, İlqar Məmmədov evdən çıxarkən saxlanılıb.

"Biz gördük ki, mülki geyimli 1-2 nəfər İlqara hücum etdilər. Onun yanında ReAl Partiyasının fəalları da var idi. Zorla hamısnı avtomobilə mindirib apardılar," Məmmədovun yaxınları Amerikanın Səsinə bildirib.

D18 hərəkatının İdarə Heyətinin üzvü Samirə Ağayeva Amerikanın Səsinə deyib ki, mülki geyimli şəxslər Ruslan İzzətlini Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparıblar. Amma həmin şöbədən bunu təkzib ediblər.

Bundan əlavə deputatlığa namizədlərdən Mehman Hüseynov və Ülvi Həsənli də avtomobillə aksiyaya gedərkən saxlanılıb. Onların Facebook-da canlı yayımları kəsilib.

Bundan əlavə Arif Hacılı Amerikanın Səsinə bildirib ki, polis yaşadığı evin ətrafında post qurub.

İlqar Məmmədov və saxlanılan digər fəalların haraya aparıldığı barədə hələ Daxili İşlər Nazirliyi məlumat yaymayıb.

“ Turan” agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyininin mətbuat xidmətindən isə saxlanmalarla bağlı deyilənləri təkzib ediblər. Saxlanmalarla bağlı, artıq sosial şəbəkələrdə videoların yayılması ilə bağlı suala cavab olaraq isə qurumun mətbuat xiddmətindən onların araşdırılacağı vurğulanıb.

ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi müstəqil namizədlər fevralın 16-da etiraz aksiyası keçirirəcəklərini açıqlamışdılar.

Onlar bir həftə öncə, fevralın 9-da gerçəkləşən növbədənkənar parlament seçkilərində ciddi qanun pozuntularının baş verdiyini bildirərək elan edilən nəticələrin ləğv olunmasını tələb edirlər.

XS
SM
MD
LG