Accessibility links

İlya Yaşin bir ay ərzində dörd dəfə həbs edilib


İlya Yaşin Moskva şəhər məhkəməsində
İlya Yaşin Moskva şəhər məhkəməsində

Gələn ay Moskvada şəhər şurasına seçkilərdə qeydiyyata alınması üçün mübarizə aparan Rusiya müxalifətçisi İlya Yaşin son həftələr ərzində dördüncü dəfə həbsə məhkum edilərək, 10 sutka həbs cəzası alıb. İlya Yaşin icazəsiz mitinqlərin təşkili və sanksyalaşdırılmamış aksiyalarda iştirakda günahlandırılır.

Müxalif siyasətçi avqustun 20-də Moskvanın Troitski rayon məhkəməsində iclasın əvvəlində prosesi Frans Kafkanın “Məhkəmə” romanındakı məhkəmə prosesinə bənzədib.

Yaşin sonra məhkəmə zalında Kafkanın romanından hissəni oxumağa başlayıb və "orijinalın həmişə ucuz təkrardan daha yaxşı" olduğunu deyib.

İlya Yaşin Moskvada etiraz aksiyasında, 15 iyul, 2019.
İlya Yaşin Moskvada etiraz aksiyasında, 15 iyul, 2019.

İyulun 29-də ilkin həbsindən sonra 10 günlük həbs cəza müddəti başa çatan Yaşin daha üç dəfə həbs olunub və hər dəfə daha 10 günlük cəza alıb.

Seçki rəsmiləri İlya Yaşin da daxil olmaqla, onlarla müstəqil və müxalif siyasətçinin lazımi sayda imza toplaya bilmədiklərini bildirərək, sentyabrın 8-də bələdiyyə seçkilərində namizədliyini qeydə almaqdan imtina edib.

Rəsmilər bir çox hallarda təqdim edilən imzaların etibarsız və ya saxta olduğunu bildirib. Potensial namizədlər bu iddiaların həqiqətə uyğun olmadığını deyir.

Moskvada mitinqlər artıq bir aydan çoxdur davam edir. Buna səbəb hakimiyyətin Moskva Şəhər Dumasına seçkilərə müstəqil namizədləri buraxmaqdan imtina etməsi olub. İlya Yaşin bu namizədlərdən biri idi. Məhkəmə onun seçkilərdə iştirakına qəti rədd cavabı verib. Yaşindan başqa bir neçə siyasətçi də həbs edilib. Eyni zamanda, kütləvi iğtişaşlar və hakimiyyət nümayəndələrinə qarşı zorakılığın tətbiq edilməsi ilə bağlı cinayət işləri qaldırılıb.

XS
SM
MD
LG