Accessibility links

İmpiçment araşdırması Nyu hempşirli seçicilərə təsir göstərir


İmpiçment araşdırması nyu hempşirli seçicilərə təsir göstərir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

ABŞ Nümayəndələr Palatasındakı Demokratların prezident Donald Trampın 2020-ci il prezident seçkilərinə xarici ölkənin müdaxilə etməsini istəməsinə dair ittihamlar səbəbilə başlatdıqları impiçment araşdırması Birləşmiş Ştatlar üçün həssas bir vaxta təsadüf edib. Ölkədə praymerilərin ilk keçirildiyi Nyu Hempşir ştatının seçiciləri artıq bir sıra Demokrat namizədləri və prezidentin Respublikaçı rəqiblərini nəzərdən keçirir. Bu seçicilər deyir ki, impiçment araşdırması onların seçiminə təsir göstərir.

Brandon Kollins 2016-cı ildə Donald Trampa səs verib. Lakin bu dəfə o başqa bir Respublikaçı namizədi nəzərdən keçirir.

“Donald Tramp qeyri-müəyyəndir. Bundan əlavə doğruluq aspekti də var ki, məncə bu çox mühümdür. Firkrimcə, təcrübə də vacibdir və Mark böyük təcrübəyə malikdir”,Nyu Hempşirli seçici Brandon Kollins bildirib.

Sabiq respublikaçı qubernator Mark Sanford hazırkı siyasi ab-havadan istifadə edərək Respublikaçılar partiyasını prezidentdən geri almağa ümid edir.

“Ağ Evdə baş verənlər üçüncü dünyadakı bir Banan Respublikasında baş verənlərə bənzəyir nəyinki insanların tarixən Amerika dediklərində ağıllarına gələn tədbir və sistemlərə”, prezidentliyə Respublikaçı namizəd Mark Sanford bidlirib.

İmpiçment araşdırmasına baxmayaraq Tramp Respublikaçı namizədlər arasında ən çox dəstəyə malikdir.

Trampı məğlub edən olacaqsa, o, Demokrat olacaq.

Demokratlar partiyasının öndə gedən namizədi Co Bayden Trampın xarici ölkədən seçkiyə müdaxilə istəyinin mərkəzindədir. Onun güclü müdafiəsi çoxlarının xoşuna gəlir.

“Məncə Tramp bullidir. Məncə o yalnız insanlar ona hücum edəndə nəyisə anlayır. Mən şadam ki, Bayden nəhayət bunu etdi. Mən şadam ki, o, impiçmenti dilə gətirdi. Mən ümid edirəm ki, Demokratlar güclənəcək”, Nyu hempşirli seçici Randi Nyukam deyir.

Trampa qarşı rəqabət aparacaq Demokrata ilk Nyu hempşirli seçicilər səs verəcək. Onlar deyir ki, prezidentin təhlükələrinin qarşısını almaq hər hansı müəyyən namizədi seçməkdən daha vacibdir.

Nümayəndələr Palatasının impiçment araşdırmasının başa çatmasının qeyri-rəsmi son möhləti fevral ayında Nyu Hempşirdə keçirilən praymeridir. Amma bəzi seçicilər deyir ki, impiçment araşdırmasına siyasət qarışdırılmamalıdır.

“Oyun oynamayın, siyasət oynamayın. İmpiçmentə səs verin və onu cavabdeh tutun. Siyasət deyəndə mən bu sualı vermək istəyirəm: yenidən seçilməklə bağlı narahat olmağa son qoyub, seçilərkən görməli olduğunuz işləri nə zaman görəcəksiniz?”- deyə, Nyu hempşirli seçici Marşa Miller söyləyib.

Demokratların bu suala cavab vermələri üçün cəmi dörd ayları var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG