Bu, uşaqların multfilmlərdən tanıdığı Qurucu Bob deyil. İnşaat işlərinə cəlb edilmiş humanoid robotdur. HRP-5P adlanan bu robot bir prototipdir. Bu robotun müəllifi Yaponiyanın Milli Mütərəqqi Sənaye Elmi və Texnologiya İnstitutudur.
Təşkilatın yaydığı bu videoda robot alçıpan lövhələrini qaldırır, nəql edir, sonra isə elektrik burğacdan istifadə edərək, onu çərçivəyə bərkidir.
Layihənin icraçıları deyirlər ki, cəmiyyətin sürətlə yaşlandığı bir dövrdə humanoidlər ağır insan əməyini rahatlıqla icra edə bilərlər. Bununla bərabər, robotlar işçi tapmaqda çətinlik çəkən inşaat sahələrinə bu problemi həll etməyə yardım olacaq.