Accessibility links

Səhiyyə naziri Oqtay Şirəliyev jurnalisti məhkəməyə verib


Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimovun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Bu barədə jurnalist Teymur Kərimovun özü Amerikanın Səsinə bildirib.

İddia üzrə hazırlıq iclası iyunun 14-də saat 15-də olacaq.

Bundan öncə Səhiyyə Nazirliyi jurnalistə qarşı Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırlması iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.

İyunun 10-da Bakının Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Səhiyyə Nazirliynin iddiasının icraata qəbul edilməməsi ilə bağlı qərar qəbul edilib. Çünki qanunvericiliyə görə, hüquqi şəxslər Cinayət Məcəlləsinin böhtan maddəsi ilə iddia qaldıra bilməz.

Bununla yanaşı, səhiyyə naziri Oqtay Şirəliev Teymur Kərimovun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci maddəsi (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı fiziki şəxs kimi məhkəmədə iddia qaldırb. Bu barədə bu gün məhkəmədə jurnalistə bildiriş təqdim ediblər.

Mənə anamın cansız bədəninin üstündən alver təklif edirlər. Unutmayın, mən nə qədər yaralı olsam da bir o qədər möhkəməm. Sizin həbsiniz məni qorxutmur. Başqa anaların ölməməsi üçün mücadilə aparacam.
Teymur Kərimov, jurnalist

Teymur Kərimovun anası onkoloji xəstə idi. Jurnalistin anası iyunun 8-də vəfat edib.

Jurnalist anasının dərmanlarının vaxtında verilməməsi, dövlət tibb müəssisələrində pulsuz verilməli olan dərmanları pulla aldığı və rüşvət hallarına etiraz olaraq mayın 18-də Səhiyyə Nazirliyinin binası önündə təkbaşına aksiya keçirib. O, anasının dərmanlarını almaq, rüşvət üçün pulunun qalmadığını və bu səbəbdən geyindiyi paltarları satışa çıxardığını bildirirərək etiraz edib.

“Anam onkoloji xəstədir. Xəstəxanada ona lazım olan dərmanlar və reaktivlər vaxtlı-vaxtında verilmir, rüşvət alırlar. Ona görə aksiya keçirmişəm. Rüşvət vermişəm ki, demişəm. Anama görə məcbur olub rüşvət vermişəm. Axırda pulum qurtardı, gördüm dərmanları ala bilmirəm. Spirtdi, bintdi, reaktivlərdir, bunların heç hansı verilmir. Axırda 500 manat lazım idi ki, gedib anam üçün dərman alım. Bunun üçün mən gedib Səhiyyə Nazirliyinin qarşısında paltarlarımı satışa çıxarıb aksiya etdim. Mən doğru olanı demişəm” , jurnalist aksiya zamanı qeyd edib.

Səhiyyə Nazirliyi Teymir Kərimovun dediklərini təkzib edib. Nazirliyin yaydığı məlumatda Kərimovun anasına edilən müalicələrin pullu olması barədə iddia əsassız adlandırılıb.

“Bu adamın nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstənin müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innovasion dərman preparatlarıdır.”

Səhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev

Mətbuat xidməti qeyd edib ki, institut preparatlarla dövlət proqramı çərçivəsində tam təmin olunur.

Jurnalist iyunun 8-də anasının ölümündən sonra Facebook səhifəsində ona “alver” təklif edildiyini yazıb.

“Mənə anamın cansız bədəninin üstündən alver təklif edirlər. Unutmayın, mən nə qədər yaralı olsam da bir o qədər möhkəməm. Sizin həbsiniz məni qorxutmur. Başqa anaların ölməməsi üçün mücadilə aparacam” , Kərimov yazıb.

Kərimov bu gün keçirlən məhkəmə iclasında sonra deyib ki, başqa anaların ölməməsi üçün mübarizəsini davam etdirəcək.

“Məni həbs etsələr, həbsdən sonra yenə mübarizə aparacam. Mübarizəm sonadəkdir. Anamın qəbri önündə söz vermişəm. İki gün öncə anamın ölümünü alver predmetinə çevirmişdilər, mən qəbul etmədim və qəbul etməyəcəm. Mənim anamım dəyəri yoxdur. Bunlar mənim anamı pulla ala bilməzlər. Anamın cəsədi üzərindən alver edə bilmərəm”, jurnalist sonadək mübarizə aparacağına söz verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG