Accessibility links

Şəhər camaatı çimərliklərinə sahib çıxdı


Şəhər camaatı çimərliklərinə sahib çıxdı
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Şəhər camaatı çimərliklərinə sahib çixdı

Hindistanın Mumbay şəhərinin sakinləri və BMT-nin dəstəklədiyi təşəbbüs - zibil dolu sahili təmiz bir sahilə çevirmək, digər şəhər sakinlərinin çimərliklərinin əksəriyyətinin təmizlənməsi üçün ilhamlandırıb.

Hər bazar günü bir qrup gənc könüllülər səhər erkəndən Mumbay şəhərinin mərkəzində bir vaxtlar unudulmuş sahilə insanlar tərəfindən atılmış və ya dəniz tərəfindən gətirilmiş zibillərdən təmizləmək üçün gəlir.

"Yaşlı, vaxtilə bura gələn əhalidən başqa Dadarda bu cür balaca, lakin gözəl çimərliyin olması barədə heç kimin xəbəri yoxdur.", deyə "Çimərlik Döyüşçüləri" könüllü təşkilatın yaradıcısı Çinu Kvatra deyir.

"Çimərlik döyüşçüləri"nin qabları çox tez dolur. Lakin bu cür əziyyətli təmizlik başladıqdan 60 həftə sonra artıq nəticələr verir. İki kilometrlik sahildə qaçış edənlər, ailələr və uşaqları cəlb edərək, buranın sakinlərinə qürur hissi yaşadır.

"Bu vaxtadək biz bu çimərlikdən 700 tona yaxın zibil yığmışıq. Bizə çoxlu sayda insan qoşulub və mən əminliklə deyə bilərəm ki, bu indi artıq bir hərəkata çevrilib.", Dadar şəhər sakini, processor İndu Mehta deyir.

Kömək üçün bir neçə könüllü daha uzaq məsafələrdən gəlir. Onlar Mumbay şəhərinin dəgər çimərliyinin təmizlənməsi ilə ruhlanır.

Bələdiyyə yük maşınlarının zibilləri yığışdırdıqdan sonra diqqət dənizə və quşlara yönəlib.

"Biz bura gələndə burda qumun üstündə plastik təbəqə var idi. İndi biz çimərliyi daha təmiz görürük. Bura çox gözəldir, lakin bunu qiymətləndirmirik, amma biz indi buranın əvvəlki görünüşünü bərpa etməyə çalışırıq.", Mumbai şəhər sakini, Praçi Jain deyir.

Kvatra bu kimi tədbirlərin plastik tullantıların okeanlar və ümumiyyətlə yer kürəsini çirkləndirdiyini şüurlu şəkildə dərk edilib, gələcək nəsillərinin ətraf mühitlə bağlı daha çox diqqətli olacağına dair nikbindir. Mumbay beş ay əvvəl plastik istifadəsinə qadağa qoysa da, plastik zibil hələ də tullanılır.

"Buraya zibil tullamağa öyrəşmiş hər hansı bir şəxs, bizi burada zibil toplayan görür, biz onun zibilini yığıb gözünün içinə baxırıq. İnsana bu cür təsir etsən, onu dəyişə bilərsən.", deyə "Çimərlik Döyüşçüləri" könüllü təşkilatın yaradıcısı Çinu Kvatra deyir.

Dəyişiklikləri görən sakinlər daha çox işə ehtiyac olduğunu bildirirlər.

"Buna gərək var. Təkcə QHT-lər deyil, şəhər sakinləri də bu cür hərəkatlara qatılmaldırlar.", deyə Mumbay sakini Sandeş Niqde deyir.

Məqsədsə budur, Mumbay kimi meqa şəhərlərdə yaşayan milyonlarla insanın həqiqi mənada Yer kürəsinin gələcəyini öz əllərinə almaq.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG