Accessibility links

İndoneziya daşqınlarında ölənlərin sayı 26-ya çatıb


Azı 26 nəfərin ölümü ilə nəticələnən yağışlar və torpaq sürüşmələrinə görə cümə axşamı İndoneziya paytaxtı Cakartadan on minlərlə insan evakuasiya edilib.

Son illərin ən ölümcül fəlakəti olan daşqınlar Cənub-Şərqi Asiyanın bu böyük şəhərinin bəzi yerlərində dəmir yollarının bağlanmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olub. Dekabrın 31-də yağan yağışlar Yeni İlin ilk gününün də də davam edərək, Cakarta və yaxınlıqdakı şəhərləri suya qərq edib.

Fəlakətlərin aradan qaldırılmasına məsul milli agentliyin sözçüsü Aqus Vibovo əvvəlcə Cakartadan 62,000 insanın evakuasiya edildiyini desə də, sonrada Metro TV xəbər kanalına evakuasiya edilənlərin sayının 35,000 nəfər olduğunu nəfərə qədər olduğunu bildirib.

Meteorologiya, Klilmatologiya və Geo-fizika Agentliyi bildirir ki, yanvarın 1-də Şərqi Cakartadakı hava limanında yağışın həcmi 377 mm olub ki, bu da 1996-cı ildən bəri ən yüksək göstəricidir.

Prezident Coko Vidodo jurnalistlərə evakuasiya və təhlükəsizlik tədbirlərinə prioritet verilməli olduğunu və şəhər rəhbərliyi ilə mərkəzi hökumət arasında daha çox əlaqələndirməyə çağırıldığını deyib.

Twitter səhifəsində Vidodo baş vermiş faciəyə görə selə nəzarət infrastruktur layihələrinin təxirə salınmasını qınayıb. O, torpaq alma problemləri üzündən 2017-ci ildən bəri bəzi mühüm infrastruktur layihələrinin təxirə salındığını deyib.

XS
SM
MD
LG