Accessibility links

İndoneziya ordusu itkin düşən sualtı qayığın batdığını bildirir


Bali sahili yaxınlığında itkin düşən İndoneziyaya məxsus sualtı qayıq batıb. Bu barədə şənbə günü ölkənin dəniz donanması məlumat verib. Bununla da qayığın 53 ekipaj üzvünün xilas olunması ilə bağlı ümidlər azalıb.

Donanmanın başçısı bildirib ki, axtarış komandası KRL Nanggala 402-nin parçalarını, o cümlədən sualtı qayığın içindən əşyaları tapıb. Qayıqdakı oksigen ehtiyatının isə artıq tükəndiyi güman olunur.

İtən sualtı qayığın axtarışına hərbi gəmilər, təyyarələr və yüzlərlə hərbi personal cəlb olunub. Rəsmilər deyib ki, Almaniyada istehsal olunan sualtı qayıq yalnız üç günlün oksigenlə təchiz olunub.

Sualtı yqayığın itməsinindən şənbə günü üç gün keçib.

“Biz sualtı qayığının statusunu itkindən batmışa dəyişdik,” donanmanın başçısı Yudo Marqono müxbirlərə bildirib və əlavə edib ki, tapılan əşyaların başqa bir qayığa aid olması mümkün deyil.

“Xarici təzyiq olmasa və ya torpedo apartına ziyan dəyməsə həmin əşyalar sualtı qayıqdan bayıra çıxmazdı,” o deyib.

Donanma rəsmiləri torpedonun bir hissəsi və sualtı qayığın periskopunu yağlmaq üçün istifadə ounuan bir butulka yağın tapıldığını deyiblər.

Onlar həmçinin namazlıq xalça tapıblar.

İndoneziya donanmasına məxsus beş sualtı qayıqdan biri olan KRL Nanggala 402 çərşənbə günü İndoneziyanın Bali adası yaxınlığında canlı torpedo təlimləri zamanı yoxa çıxıb.

Sualtı qayığın batdığı güman edilən yerdə yanacaq axıntısının tapılması qayığın bakının zədələndiyi ehtimalını artırıb və ölümcül faciənin baş verdiyinə dair narahatlıqlara səbəb olub.

Sualtı qayığın 700 metrdən daha dərinə düşdüyü üçün suyun təzyiqi ilə əzilmiş ola biləcəyinə dair narahatlıqlar mövcuddur.

XS
SM
MD
LG