İndoneziya prezidenti Coko Uidodo cümə günü parlament qarşısında ölkənin paytaxtını izdihamlı Yava adasında yerləşən Cakartadan Borneo adasında yerləşən Kalimantana köçürmək planını rəsmən təklif edib.
Uidodo bu təklifi ölkə müstəqilliyinin 74-cü ildönümünün qeyd edilməsi ərəfəsində parlamentdəki çıxışı zamanı səsləndirib.
Hazırkı paytaxt Cakartada 10 milyondan çox insan yaşayır.
Keçən ay ikinci dönəmə seçilən prezident bu dəyişikliyin ölkənin tərəqqisində bir sıçrayışa imza atacağını və "iqtisadi bərabərliyin və ədalətin reallaşdırılması" olacağını söyləyib.
May ayında Uidodo Kalimantanda üç namizəd şəhəri ziyarət edib. Cümə günü sələndirdiyi təklifdə o, yeni paytaxtın dəqiq yerini açıqlamayıb.
Hazırkı paytaxt Cakartada 10 milyondan çox insan yaşayır. Lakin ətraf şəhərlərdə bundan üç dəfə çox adamın məslunlaşması ərazidə sərt nəqliyyat tıxaclarına səbəb olur ki, hökumət bunun hər il $7 milyard dollar həcmində iqtisadi itkiyə gətirib çıxardığını təxmin edir.