Accessibility links

İndoneziya prezidenti təbii fəlakət zonasını ziyarət edib


İndoneziya prezidenti Coko Vidodo bu gün zəlzələ və sunaminin ən çox zəzər vurduğu bölgəni ziyarət edərək, təbii fəlakətin nəticələrinin aradan qaldırılması səylərilə tanış olub.

Prezident Vidodo bölgəni ziyarət etdiyi vaxt xilasetmə dəstələri Paludakı Roa-Roa mehmanxanasının dağıntıları altında qalan cəsədləri çıxarmaqda davam edib. Zəlzələ və sunami səbəbindən artıq ölənlərin sayı 1400-ə çatıb. Rəsmilər bu rəqəmin artacağını gözlədiklərini bildirir.

Keçən həftənin cümə günü təbii fəlakətin ən çox zərər vurduğu Palunun ucqar bölgələrinə ərzaq, su, yanacaq və dərman hələ də çatdırılmayıb.

Dövlət Departamenti bazar ertəsi ABŞ-ın təbii fəlakət bölgəsinə 100 min dollar məbləğində ilkin yardım ayırdığını, USAİD və Birləşmiş Ştatların Müdafiə Nazirliyi ilə əlavə yardımla bağlı yaxından iş aparıldığını bildirib.

Birləşmiş Ştatların İndoneziyadakı səfirliyi təbii fəlakətin ABŞ vətəndaşlarına da təsiri olduğunu, lakin xəsarət alanlar və ölənlərin olmadığını bildirib.

XS
SM
MD
LG