Accessibility links

İndoneziya prezidenti yeni paytaxtı elan etdi


İndoneziya prezidenti ölkə paytaxtının Cakartadan Şərqi Kalimantan vilayətinə köçəcəyini bəyan edib.

Bazar erttəsi müxbirlərlə söhbəti zamanı prezident Coko Vidodo deyib ki, İndoneziyanın Malayziya və Bruneylə paylaşılan Borneo adasını vilayət olaraq seçmə qərarı dərin araşdırmalardan sonra verilib.

Onun sözlərinə görə, yeni paytaxt üçün ən ideal yer Paser Penacam və Kutai Kertanegara mahallarının arasındakı ərazidir.

“Biz Cakarta və Cava adasının yükünü daim daşıya bilmərik və bu problemləri dərhal həll etməliyik,” deyə prezident bildirib.

İndoneziyanın Borneo bölgəsində yeni bir paytaxtın yaradılması barədə on illərdir davam edən müzakirəsi bu ilin aprel ayında, prezident Vidodonun paytaxtın ölkə əhalisinin ən sıx məskunlaşdığı Cava adasındakı Cakartadan köçməsi üçün planı təsdiqləməsinə yol açdı.

Hazırkı paytaxt Cakartada 10 milyondan çox insan yaşayır. Lakin ətraf şəhərlərdə bundan üç dəfə çox adamın məslunlaşması ərazidə sərt nəqliyyat tıxaclarına səbəb olur ki, hökumət bunun hər il $7 milyard dollar həcmində iqtisadi itkiyə gətirib çıxardığını təxmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG