Accessibility links

İndoneziya sahilində ən azı 45 ölü balina aşkarlanıb


İndoneziyanın Madura adasının şimal-şərqindəki bölgə rəsmiləri cümə günü çimərlik ərazisində sahilə çıxan 45 balinanın öldüyünü xəbər verib. Xilasetmə qrupları üç balinanı yenidən dənizə qaytararaq xilas edə bilib.

Hadisə yerində olan Şərqi Yava İl qubernatoru Xofifah İndar Paravansa jurnalistlərə bildirib ki, könüllülər cümə axşamından etibarən əraziyə gəlməyə başlayıb. O bildirib ki, əvvəl balinaların bir hissəsini yenidən dənizə qaytara bilsələr də, onlar sahilə geri dönüb.

Qubernator hadisənin araşdırılması üçün sahilə çıxan balinalardan nümunələr götürülərək regiondakı universitetə göndəriləcəyini bildirib.

O həmçinin əlavə edib ki, balinaların geri qalanı dəniz sahildən geri çəkiləndən sonra ekskavatorlardan istifadə edilərək basdırılacaqlar.

Keçən il Sakit okeanın cənubunda Yeni Zelandiyada və Avstraliyanın Tasmaniya adasında yüzlərlə balinanın öldüyü bu cür bir hadisə baş vermişdi.

Balinaların nə üçün çimərlik ərazilərində sudan kənara çıxdığı hələ də məlum deyil. Balinalar olduqca çox sosial canlılardır və qrup şəklində səyahət edirlər.

Onlar əsasən qrup liderini izləyirlər və yaralanan qrup üzvlərinə tez-tez kömək etməyə çalışırlar.

Whale Stranding Indonesia qeyri-hökümət təşkilatı xəbər verir ki, 2020 ci ildə 70-dən çox dəniz məməlisi sahilə çıxıb.

Şərhlərə bax

XS
SM
MD
LG