Accessibility links

İndoneziya təyyarəsi havaya qalxandan qısa müddət sonra yoxa çıxıb


İndoneziyanın Nəqliyyat Nazirliyi Sriwijaya Hava Yollarının şənbə günü Cakartadan havaya qalxan sərnişin təyyarəsi ilə əlaqəni itirdiyini bildirib.

SJ182 reysi Borneo adasında Pontianaka doğru hərəkət edirdi. Rəsmilərin bildirdiyinə görə, təyyarədə 62 nəfər olub.

Uçuşları təqib edən Flightradar24 xidməti bildirib ki, Boeing 737 Cakartadan havya qalxdıqdan təxminən 4 dəqiqə sonra bir dəqiqə içərisində hündürlüyü 3000 metrdən çox azalıb.”

“İtən təyyarə ilə bağlı hazırda araşdırma aparılır və Milli Axtarış və Xilasetmə Agentliyi ilə Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsi ilə koordinasiya aparılır,” hökumətin sözçüsü Adita İravati açıqlamasında bildirib.

Hindistan nəqliyyat naziri Nudi Karya müxbirlərə bildirib ki, Milli Təhlükəsizlik və Xilasetmə Agentliyi və ordu təyyarəni axtarmağa gəmilər göndərib.

Nazir təyyarənin yerli vaxtla gündüz saat 2:36-da havaya qalxdığını, hava nəqliyyat nəzarətçisi bir neçə dəqiqə sonra təyyarə ilə əlaqəni itirib. “Təyyarə saniyələr içində radardan itdi,” o əlavə edib.

İndoneziya donanması və hava qüvvələri mənbələri Amerikanın Səsinə bildirib ki, “əraziyə azı yeddi gəmi göndərilib, Makassarda Sultan Həsənuddin Hava Limanıdan, Cakartadan isə Cənubi Sulavesi və Həlim Perdanakusuma Hava Limanlarından sabah səhər yola düşmək üçün bir neçə təyyarə hazır vəziyyətdə gözləyir.”

Hava Yollarının baş icraçısı Cefferson İrvin Cauvena müxbirlərə deyib ki, təyyarə leydan yağış səbəbilə 30 dəqiqə gec havaya qalxıb.

Təyyarə ilə əlaqənin kəsildiyi əraziyə yaxın Pancanq Adasında Mahyudin adlı yeri balıqçı Amerikanın Səsinə müsahibədə deyib ki, bəzi balıqçılar mənə satta 2:30 ya da 2:40-da dənizdə partlayışa bənzər səs eşitdiklərini söylədilər.”

“Yağış yağırdı, hava da qaranlıq idi. Onlar saat 3:30 radələrində evə gəldilər və mənə xəbər verəndən qısa müddət sonra yerli polisə zəng etdim. Balıqçılar qayıqlarının yanında təyyarə qalıqlarını gördüklərini dedilər.” O həmçinin yerli polisin adada fövqəladə çadırlar qurduğunu bildirib.

Axtarış və xilasetmə agentliyinin rəsmisi Bambanq Suryo Aci Lankanq Adası yaxınlığında təyyarənin qalıqlarının tapıldığını təsdiq edib. O, qalıqların Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komissiyaya göndəriləcəyi deyib.

Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Komissiyanın başçısı Soercanto Tcahcono virtual mətbuat konfransında deyib ki, o, hələ də məlumat toplayır və “sabah səhər qara qutunu axtarmağa başlayacaq.”

Amerinanın Səsinin Pantianakdakı radio filialları bəzi ailə üzvlərinin əlavə məlumat almaq üçün Supadio Hava Limanına toplaşdığını bildirib.

XS
SM
MD
LG