Accessibility links

İndoneziyada ölənlərin sayı 429-a çatıb


İndoneziyanın fəlakət idarəsinin rəsmiləri deyir ki, şənbə günü Yava adasının qərb sahilində baş verən sunami nəticəsində ölənlərin sayı 429-a çatıb.

Sunda boğazında Sumatra və Yava adaları arasında dağıdıcı sunamidən sonra ağır avadanlıqlar dağıntıları təmizləyir, yardım işçiləri isə sağ qalan insanları axtarır.

İndoneziya
İndoneziya

Heç bir xəbərdarlıq olmadan baş verən sunami nəticəsində 1400 nəfər yaralanıb, 1000-dən çox bina zədələnib.

Hüquq-mühafizə orqanları bildirir ki, sahilyanı ərazilərdə 120-dən çox insan hələ də itkindir.

XS
SM
MD
LG