Accessibility links

İndoneziyada ölənlərin sayı 89-a çatıb


İndoneziyanın fövqəladə hallar rəsmiləri bildirir ki, ölkənin şərqində yerləşən Papua əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 89 nəfərin öldüyü təsdiq olunub.

Daşqına ən çox Sentani rayonu məruz qalıb. Belə ki, orada şənbə günü musson yağışlar çaylara tonlarla qayaların, palçıq və ağacların tökülməsinə gətirib çıxarıb. Bu da öz növbəsində çayın daşması və onlarla ev və yolların dağılması ilə nəticələnib.

Azı 74 nəfər hələ də itkindir, 150 nəfər isə kəsik, sınıq kimi müxtəlif xəsarətlər alıb. Təxminən 6-7 min insan didərgin düşüb və fövqəladə çadırlara sığınıb.

İndoneziya Yer üzündə təbii fəlakətlərə ən açıq yerlərdən biridir. Daşqın və torpaq sürüşmələrinə yol açan ağır yağış mövsümündən əlavə, 17 min adadan ibarət Cənub-Şərqi Asiya arxipelaqı “Alov Halqası" adlı ərazidə yerləşir. Sakit okean hövzəsindəki "Alov Halqası" ərazisi vulkan arkaları və laylar üzərində yerləşməsi səbəbi ilə zəlzələlərə və vulkan püskürmələrinə meyllidir.

XS
SM
MD
LG