Şənbə günü İndoneziyanın Yava adasında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə yeddi nəfər ölüb, iki nəfər yaralanıb, bir neçə şəhərdə yüzlərlə binaya ziyan dəyib. Bu barədə ölkənin BNPB agentliyi xəbər verib.
İndoneziya mediasının bildirdiyinə görə, yerli vaxtla gündüz saat 2-də baş verən zəlzələ 40.7 milyon insanın yaşadığı Şərqi Yavada və ətraf vilayətlərdə, o cümlədən kurort zonası olan Balidə hiss olunub.
BNPB bildirib ki, 10 nəfər cüzi xəsarətlər alıb, bir neçə kənddə isə sayı bilinməyən qədər insan evakuasiya mərkəzlərinə köçürülüblər.
Agentlik 300-dən çox ev və onlarla başqa binaya, o cümlədən məktəb, hospital, hökümət binası və ibadət yerlərinə ziyan dəydiyini bildirib.
Rəsmilər dəyən ziyan və tələfatlarla bağlı daha çox məlumat toplamağa davam etdiyi üçün bu rəqəmlər dəyişə bilər.
Mediada yer alan şəkillərdə zəlzələnin episentrinə yaxın Şərqi Yavanın cənub sahilindəki şəhərlərdə evlərin yerlə-yeksan olduğu göstərilir.
Detik.com xəbər vebsaytında yer alan məlumata görə, Batu şəhərində böyük qorilla heykəlinin bir hissəsi qırılıb.
Zəlzələnin episentri Hind okeanının Şərqi Yava adasının 91 kilometr uzaqlığında olub. Avropa-Aralıq Dənizi Seismologiya MƏrkəzinin məlumatına görə, zəlzələ 96 kilometr dərinlikdə və 5.9 bal gücündə olub.
Sosial media istifadəçilərinin yaydığı videoada Malanq şəhərində insanların alış-veriş mərkəzindən qaçdıqları göstərilir.
“Mən zəlzələni iki dəfə hiss etdim. Biri iki saniyə davam etdi və dayandı, daha sonra isə yenidən beş saniyə titrəməyə başladı,” Blitarda oteldə işləyən Edo Afizal Reuters-ə bildirib.
İndoneziyada ötən həftə Seroja adlı tropik siklon baş verib və bu, 170-dən çox insanın ölümü ilə nəticələnən daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
İndoneziyada tez-tez zəlzələlər baş verir. Yanvar ayında Sulavesi adasında baş verən 6.2 bal gücündə zəlzələ 100-dən çox insanın ölümü ilə nəticələnib.