Accessibility links

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ən azı 34 nəfər həyatını itirib


İndoneziyanın yerli hakimiyyət orqanları cümə günü Sulavesi adasında 6.2 bal gücündə zəlzələ olduğunu xəbər vərir. Zəlzələnin ən azı 34 nəfərin ölümünə, yaşayış və ticarət binalarının dağılmasına və torpaq sürüşmələrinə səbəb olduğu bildirilir.

İndoneziyanın Milli Fəlakəti Azaltma Agentliyi hadisə nəticəsində 600-dən çox adamın yaralandığını, bir çoxunun dağılmış evlərin və digər binaların dağıntıları altında qaldığını xəbər verir.

ABŞ Geoloji Araşdırma Mərkəzinin bildirdiyinə görə, zəlzələnin episentri Qərbi Sulavesi vilayətinin Mamuju rayonundan 36 kilometr cənubda və 18 kilometr dərinlikdə yerləşir.

Xilasetmə qrupları Mamuju xəstəxanasının dağıntıları altında qalan ondan çox xəstə və işçilərin axtarışını aparır.

Fövqəladə hallar agentliyinin rəsmisi üç yerdə sürüşmə meydana gəldiyini və bölgədəki bir əsas yolun bağladığını deyir.

İndoneziyanın Qırmızı Xaç xilasetmə qrupları dağıntılar altında sağ qalanları axtardıqlarını və ilk tibbi yardım göstərdiklərini açıqlayıb.

Təşkilatın baş katibi Sudirman Said bildirir ki, "Bu çox faciəvi bir zəlzələdir və mütəxəssis qruplarımız dağıntılar arasındakı insanlara kömək etmək üçün gecə ərzində işləyib". O həmçinin “bu saatların insanların həyatını qurtarmaq üçün çox vacib olduğunu” əlavə edib.

İndoneziya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən biri olan “Atəş Halqası”-da yerləşdiyinə görə orada zəlzələ, vulkan və sunami tez-tez baş verir.

2018-ci ildə Sulavesinin Palu bölgəsində da baş verən 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində 4000-dən çox insan həyatını itirmişdi.

Bundan əvvəl isə 2004-cü ilin dekabr ayında Sumatra sahillərindəki 9,1 bal gücündəki zəlzələ nəticəsində 230 min insan həyatını itirmişdi.

XS
SM
MD
LG