Accessibility links

İndoneziyada daşqınlar və palçıq sürüşməsi nəticəsində azı 50 nəfər ölüb


İndoneziyanın şərqi dağlıq vilayətində daşqınlar və palçıq sürüşməsi nəticəsində azı 50 nəfər ölüb, 59 nəfər yaralanıb.

Papua vilayətində yüzlərlə ev palçıaq və su altında qalıb. Yollar və körpülər sıradan çıxıb.

50 nəfərin cəsədi palçıq altından çıxarılıb, yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlər arasında daşqından boğulan 3 uşaq da var. 6 saat palçığa ilişib qalan iki körpınin xilas edildiyi bildirilir. Uşaqların birinin valideynlərini su aparıb.

Ölənlər və yaralananların sayının artacağı ehtimal edilir. Belə ki, bəzi bölgələrə çatmaq mümkün olmayıb.

Papuanın vilayət administrasiyası iki həftəlik fövqəladə vəziyyət elan edib.

4 mindən çox insan müvəqqəti sınacaqlara yerləşdirilib.

XS
SM
MD
LG