Accessibility links

İndoneziyada daşqınlar səbəbi ilə ölənlərin sayı artır


İndoneziyanın şərqi Papua vilayətinin Sentani bölgəsində daşqınlar və palçıq sürüşməsi nəticəsində ölənlərin sayı 80-ə çatıb, 43 nəfər hələ itkindir.

Rəsmilərin sözlərinə görə, leysan yağışları nəticəsində baş verən daşqınlar İndoneziyanın şərqindəki vilayətin dağlıq kəndlərindən keçib.

Bazar ertəsi daha çox yağışların yağacağı gözlənilir.

Bazar ertəsi çıxışı zamanı İndoneziyanın Milli Fəlakət Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho güclü yağışlar nəticəsində tonlarla daş, palçıq və ağacın çaya sürüşərək çayın məcrasından çıxması ilə evlər, insanlar və yolları yuyub apardığını bildirib.

Nuqrohonun sözlərinə görə, daşqınlara səbəb torpaqların təbii topoqrafiyası və güclü yağışlarla birlikdə, həm də insanların ətraf mühitə ekoloji zərəri olub.

İndoneziya dünyanın ən çox fəlakətə məruz qalan ölkələrindən biridir. Yağış mövsümü zamanı bura daşqınlar və torpaq sürüşmələrinə məruz qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG