Accessibility links

İndoneziyada hava şəraiti Anak Kratau vulkan adasına girişi çətinləşdirir


İndoneziyada hava şəraiti Anak Kratau vulkan adasına girişi çətinləşdirir. Vulkanın daha bir suanami yaradacağına dair qorxular mövcuddur.

Rəsmilər təbii fəlakətin ən ağır təsirinə məruz qalan bölgələrdə qurbanların axtarışının davam etdirildiyini və bu əməliyyatların yanvar ayınadək sürəcəyini deyib.

İndoneziyanın fəlakət idarəsinin rəsmiləri deyir ki, şənbə günü Yava adasının qərb sahilində baş verən sunami nəticəsində ölənlərin sayı 426-a çatıb.

Sunda boğazında Sumatra və Yava adaları arasında dağıdıcı sunamidən sonra ağır avadanlıqlar dağıntıları təmizləyir.

Heç bir xəbərdarlıq olmadan baş verən sunami nəticəsində 1400 nəfər yaralanıb, 1000-dən çox bina zədələnib.

Hüquq-mühafizə orqanları bildirir ki, sahilyanı ərazilərdə 20-dən çox insan hələ də itkindir. 40 min adam evsiz qalıb.

Rəsmilər sakinləri Sunda boğazından uzaq durmağa çağırıb.

2 metrdən yüksək dalğalarla sunami 300 kilometrdən çox ərazini vurub.

XS
SM
MD
LG