Accessibility links

İndoneziyada ölənlərin sayı 1234 nəfərdir


İndoneziyanın mərkəzi ərazisinin rəsmiləri Sulavesi adasında baş verən zəlzələnin yaratdığı sunami nəticəsində ölənlərin sayının 1234 nəfər olduğunu bildirir.

Palu şəhərində binaların dağıldığı ərazidə xilasetmə əməliyyatlarının davam etdiyi bir zaman həlak olanların daha çox olacağı gözlənilir. Bura ən azı 50 nəfərin ilişib qaldığı Roa Roa oteli də daxildir.

Cümə günü zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparıb.

Çərşənbə axşamı ərazidə daha bir zəif zəlzələ müşahidə edilib. Sonuncu zəlzələ ilə nəticəsində baş verən xəsarətlər və vurulan zərər haqqında heç bir məlumat yoxdur.

XS
SM
MD
LG