Accessibility links

İndoneziyada sunami nəticəsində 222 nəfər həyatını itirib


İndoneziyanın Sunda boğazı boyu Yava və Sumatra adalarında baş vermis sunami nəticəsində 200-dən çox insan həyatını itirib.

“İki yüz iyirmi nəfər ölüb, 843 nəfər xəsarət alıb, 28 nəfər isə itkin düşüb” – deyə, İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho bildirib.

Sunami nəticəsində tələfatların sayının daha artıq olacağı gözlənilir.

İndoneziyanın Qırmızı Xaç təşkilatının bəyanatında deyilir ki, təbii fəlakətin nəticələri ilə bağlı “qiymətləndirmələr daxil olduqca tələfatların sayının daha artıq olacağı gözlənilir”.

İndoneziyanın Yava və Sumatra adaları arasında yerləşən Sunda boğazı
İndoneziyanın Yava və Sumatra adaları arasında yerləşən Sunda boğazı

Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə agentliyin sözçüsü Sutopo Purvo Nuqroho bununla razılaşaraq bildirib ki, “hadisə qurbanlarının hamısı evakuasiya edilə bilməyib, tibbi mərkəzlərin hamısı hələ bütün məlumatları təqdim etməyib və bütün yerlərdən hələ tam məlumatlar daxil olmayıb”.

Agentliyin bildirdiyinə görə, təbii fəlakət nəticəsində yüzlərlə ev, doqquz mehmanxana və 10 gəmiyə zərər dəyib.

Sunami üç bölgədə tələfatlara və zərərə səbəb olub. Bunlar Sumatrada Cənubi Lampunq və paytaxt Cakartadan qərbdə Yavada Serang və Pandeglang regionlarıdır.

Sunami zamanı xəsarət almış insanlar Caritada xəstəxanaya gətirilir, 23 dekabr, 2018.
Sunami zamanı xəsarət almış insanlar Caritada xəstəxanaya gətirilir, 23 dekabr, 2018.

Meterologiya, İqlim və Geofizika Agentliyi şənbə günü yerli vaxtla axşam saat 9-da Krakatoa vulkanının püskürdüyü və bundan bir qədər sonra saat 9:30-da isə sunaminin baş verdiyi haqda məlumat verib.

Agentlik sunaminin Anak Krakatoa dağında vulkan püskürməsindən sonra yeraltı torpaq sürüşmələri və bütöv Ay zamanı qabarma kimi təbiət hadisələri nəticəsində baş verdiyini bildirib.

Sunami zamanı dalğaların hündürlüyünün 30 santimetrdən 90 santimetrə çatdığı bildirilir.

XS
SM
MD
LG