İndoneziyada zəlzələ və sunami qurbanlarının cəsədlərinin axtarışı dayandırılır. Bu haqda məlumat sentyabrın 28-də baş verən təbii fəlakət nəticəsində ölənlərin sayının 1763 nəfər təşkil etdiyi bildirildikdən sonra yayılıb.
Palu şəhərində bir çox insan cəsədi binaların dağıntıları altında qalıb.
Milli Fəlakətlərlə Mübarizə Agentliyinin sözçüsü evakuasiyanın oktyabrın 11-də dayandırılacağını bəyan edib. O, məhdud axtarışların davam etdiriləcəyini deyib.
Zəlzələ və sunami baş verən zaman yüzlərlə insan Palu çimərliyində keçirilən festivalda iştirak edirdi. Sahili vuran nəhəng dalğalar festival iştirakçılarının üzərinə gəlib və həmin insanların böyük əksəriyyətini özü ilə aparıb.
Sunami sahili saatda 800 kilometr sürətlə vurub və nəticədə sahildəki binaları və infrastruktunu məhv edib. Minlərlə ev, xəstəxanalar, alış-veriş mərkəzləri və hotellər dağılıb.
Sakit okeanı hövzəsindəki "Alov Halqası" ərazisində yerləşən İndoneziya vulkan arkaları və laylar üzərində yerləşməsi səbəbi ilə İndoneziya zəlzələlərə meyllidir.
2004-cü ilin dekabrında Sumatra adasında 9,1 bal gücündə zəlzələ baş vermiş, müxtəlif ölkələrdən də olmaqla, 230 min insan həlak olmuşdu.