İndoneziyalı tədqiqatçılar bildirir ki, bir həftə öncə püskürən və tsunamiyə səbəb olan vulkanın həcmi və hündürlüyü azalıb.
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin alimləri deyir ki, hazırda Anak Krakatau əvvəlki ölçüsünün dörddə biri ölçüsündədir.
Tədqiqatçılar dağa yaxınlaşa bilməyib, çünki vulkan hələ də püskürməyə davam edir. Bunun yerinə onlar təxmini ölçülərin alınması üçün radar peyk görüntülərindən istifadə edib.
Mərkəz deyir ki, Anak Krakataunun həcmi dekabrın 22-də püskürəndən sonra həcmindən 150-180 milyon kub metr itirərək, hazırda 40-70 milyon kub metr təşkil edir.
Kraterin ən yüksək nöqtəsi sentyabr ayında 338 metr idi, indi isə 110 metrdir.
Anak Krakatoa 1883-cü ildə püskürən və qlobal soyuma dövrününü başlamasına səbəb olan Krakatau vulkanının qalığıdır.