İndoneziyanın Lombok adasında güclü zəlzələ baş verib. Nəticədə 19 nəfər həyatını itirib.
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi 7.0 bal gücündə zəlzələnin bazar günü qeydə alındığını bildirib.
Sunami xəbərdarlığı verilsə də, sonradan ləğv edilib.
Yerli sakinlərin Amerikanın Səsinə bildiridiyinə görə, zəlzələ insanların məscidə toplaşdığı vaxt baş verib. İnsanlar yeraltı təkanlar səbəbi ilə küçələrə axışıb. Sakinlər hələ də ötən həftə baş verən zəlzələnin şoku altındadır.
Ötən həftə 6.4 bal gücündə zəlzələ 17 nəfərin ölümünə səbəb olub, minlərlə evə ziyan dəyib.