Accessibility links

İngiltərədə körfəzlər Marsda həyat əlamətləri tapmağa yardım edə bilər [Video]


İngiltərədə körfəzlər Marsda həyat əlamətləri tapmağa yardım edə bilər
please wait

No media source currently available

0:00 0:01:42 0:00

İngiltərənin cənubunda axan kriklər Marsda həyat axtarışına töhfələr verə bilər.

İngiltərənin cənub sahilində Seint Osvald Körfəzi indi Marsa bənzəmir.

Bu minerallar ətraflarında olan orqanizmlərin molekulyar həyat işarələrini toplayır. Bunun həyəcan oyadan tərəfi isə odur ki, bu minerallar bizim Marsda tapmağa ümid etdiyimiz minerallara çox bənzəyir.
Mark Sefton

Amma London İmperial Kollecinin geokimyaçısı Mark Sefton deyir ki, bu axarlardakı minerallar Marsın tarixinə gözlənməyən pəncərə aça bilər.

“Bu minerallar ətraflarında olan orqanizmlərin molekulyar həyat işarələrini toplayır. Bunun həyəcan oyadan tərəfi isə odur ki, bu minerallar bizim Marsda tapmağa ümid etdiyimiz minerallara çox bənzəyir. Amma bundan öncə biz həmin minerallara heç baxmardıq belə,” deyə o bildirir.

Bu axarlarda yüksək dərəcədə turşuluq və kükürd var. Ekspertlər deyir ki, Mars da 3,5 – 4 milyard il öncə belə idi.

Alimlər qırmızı planetin dəmirlə zəngin qayalarının həyat əlamətlərini qoruyub saxlaya bilmədiklərini düşünürdü.

Amma Seftonun aspiranti Conatan Tan İngiltərədəki axarlarda bunu edə bilən bir mineral tapıb.

“Biz hötitin kükürdlü axarlarda yaşayan orqanik materilları saxlamaq üçün faydalı olduğunu aşkar etdik,” o söyləyir.

Mars
Mars

O həmçinin deyir ki, St. Osvald Körfəzində baş verənlər, mümkündür, Marsda da baş verib.

Bu qrup tapıntılarını Sientific Reports (Elmi Hesabatlar) adlı jurnalında dərc edib.

Sefton deyir ki, bu, Marsa yola düşəcək növbəti missiyaya həyat əlamətlərini harada axtarmalı olduqları ilə bağlı yardım edə bilər.

“Bu missiyalar çox bahalıdır. Ona görə də, Yer kürəsindəki bu qayaları təhqiq etməklə biz, Marsda uğurlu nəticə əldə etmək, yəni Marsda mümkün həyat əlaməti tapmaq şansımızı artıra bilərik,” Sefton deyir.

Bu şansı Avropa Fəza Agentliyinin 2020-ci ildə başlayacaq ExoMars missiyası əldə edə bilər.

XS
SM
MD
LG