Accessibility links

İnquşetiya və Çeçenistan keçid məntəqələrini aradan qaldırır


İnquşetiya və Çeçenistan höküməti iki ölkənin bölgələri arasındakı sərhəd məntəqələrini aradan qaldırmaq razılığına gəliblər. Bu barədə İnquşetiya rəhbəri Yunus-bəy Yevkurov xəbər verib. O, ölkələr arasındakı sərhədi “tam nominal” adlandırıb. Bununla o, Çeçenistan lideri Ramzan Kadırovla birgə "Şimali Qafqazın bütün bölgələrinə nümunə göstərmək istədiklərini" bildirib.

“İnsanlar arasında ümumiyyətlə sərhəd yoxdur”, - İnquşetiya lideri əlavə edib. “Necə əlaqə yaradırdılarsa, elə də olacaq, hətta daha yaxşı”, o deyib.

Çeçenistan lideri Ramzan Kadırov da regionlar arasındakı sərhəd məntəqələrini aradan götürməyə çağırıb. “Şimali Qafqaz bölgələri inzibati sərhəd keçidə məntəqələrindən xilas olmalıdır. Bütün respublikalar arasında postlar quraşdırılıb. Heç bir xeyri yoxdur. Quldurlara qarşı? Lakin onlar istənilən yolla keçə bilərlər. Ancaq bir ölkədə və dairədə olan insanlar və ya minik vasitələri sərhəd keçid məntəqələrindən keçmək üçün zaman sərf etməlidirlər”, Kadırov öz Teleqram kanalında yazıb.

XS
SM
MD
LG