Accessibility links

İnsan haqları qrupu Türkiyəni türkmən fəalları deportasiya etməməyə çağırır


Qurbanqulu Berdiməhəmmədov

Human Rights Watch təşkilatı Türkiyəni iki türkmən fəalı Türkmənistana geri göndərməməyə çağırıb və xəbərdarlıq edib ki, onlar saxlanılıb, işgəncə görmək təhlükəsi ilə üzləşə bilərlər.

Türkiyə rəsmiləri 18-22 oktyabr tarixləri arasında üç fəalı – Əhməd Rəhmanov, Kamil Abulov və Bayram Allaliyevi saxlayaraq, onları İstanbulda nəzarət altına alıb. Təşkilat bildirib ki, təsdiqlənməmiş məlumatlara görə, onlar deportasiya riski ilə üzləşir.

Human Rights Watch oktyabrın 26-da axşam saatlarında bildirib ki, rəsmilər Rəhmanovu sərbəst buraxıb. Bolqarıstanda qərargahlanan Türkmən Helsinki Fondu onun bir neçə gün boyunca aclıq aksiyası keçirdiyini bildirib.

Human Rights Watch məktub yollayaraq Türkiyənin miqrasiya rəsmilərini üç fəalın zorla Türkmənistana geri göndərilməməsini, vəkilə çıxışlarının olmasını, dərhal həbsdən sərbəst buraxılmasını və Türkiyədə statuslarının qanuniləşdirilməsini təmin etməyə çağırıb.

Rəhmanov sərbəst buraxılandan sonra Nyu Yorkda qərargahlanan təşkilat Türkiyə rəsmilərini digər iki fəalı da dərhal sərbəst buraxmağa və onları deportasiya etməməyə çağırıb.

“Türkiyə hökuməti saxlanılan iki türkmən fəalı ixtiyari həbs və işgəncə riski ilə üzləşəcək Türkmənistana deportasiya etmək planlarına son qoymalıdır,” Human Rights Watch oktyabrın 27-də bəyanatında bildirib. “Türkiyə rəsmiləri onları dərhal sərbəst buraxmalıdır.”

Türkiyədə yaşayan türkmən fəallar son aylarda Türkiyənin qanun mühafizə orqanlarının rəsmilərindən artan təzyiqlə üzləşirlər, Türkmənistandakı ailələri isə yerli rəsmilər tərəfindən yaxın tərəfindən izlənirlər.

Türkmənistan vətəndaşları ötən ildən bəri Türkiyədə, Birləşmiş Ştatlarda və Şimali Kiprdə avtoritar Prezident Qurbanqunlu Berdıməhəmmədova qarşı etiraz aksiyaları keçiriblər.

Hökumətin tənqidçiləri və insan haqları qrupları deyir ki, Berdımuxamedov müxalif səsləri boğub və avtoritar Saparmurat Niyazovun 2006-cı ildə ölümündən sonra hakimiyyətə gələndən bəri çox az dəyişiklik edib.

“Türkmənistan uzun zamandır hökumətin dinc tənqidçilərini sərt şəkildə cəzalandırır,” Human Rights Watch təşkilatının Avropa və Orta Asiya regionu üzrə direktor müavini Reyçel Denber bildirib.

“Fəalları Türkmənistana göndərmək onları təqib olunmaq, işgəncəyə və başqa pis rəftarlara məruz qalmaq, və yoxa çıxmaq riski ilə üz-üzə qoyur. Türkiyə beynəlxalq öhdəliklərinə riayət etəli və onları pis rəftarla üzləşəcəkləri heç bir yerə göndərməməlidir,” o deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG