Accessibility links

İnternet Forumunun prezidenti: “Mobil telefonların qeydiyyatı üçün ödənilən dövlət rüsumu hara gedir?”


Mobil telefonlar

“Ötən il Nazirlər Kabineti mobil cihazların qeydiyyat rüsumunu 3000 % -dək qaldırılması haqqında absurd bir qərar qəbul edib. Bunadək rüsum 5 manat olub. Telefon alanlar marka və modelindən asılı olaraq 20 manatdan 150 manatdək qeydiyyat rüsumu ödəməlidir”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Mobil telefonların qeydiyyatı üçün ödənilən dövlət rüsumu hara gedir?” başlıqlı məqaləsində yazıb.

Osman Gündüz
Osman Gündüz

Ekspert sual edir - “Yığılan dövlət rüsumlarından necə istifadə olunur?”

“Yəni, adi bir vətəndaş 50 manat verib düyməli bir telefon alacaqsa onun ödəyəcəyi 20 manat rüsum hara gedəcək? Bir ay bundan öncə qəbul edilən Nazirlər Kabinetinin qərarına görə bu rüsumlardan hökumət aşağıdakı qaydada istifadə edəcək:

Rüsumun 30 faizi Prezidentin Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə NRYTN –nin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün istifadə ediləcək.

Şirkətlər, hökumətlər dərhal yeni mobil texnologiyaları əldə etmək üçün `vuruşurlar`. Biz isə `kim ən yenisindən istifadə edəcəksə o qədər artıq dövlət rüsumu ödəyəcək` prinsipinə üstünlük veririk.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti

Bu 30%- də yuxarıda adı çəkilən qurumlar arasında aşağıdakı qaydada bölünəcək:
- 5 faiz Prezidentn Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək üçün;
- 25 faiz NRYTN işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün.

Rüsumun 70 faizi dövlət büdcəsinə ödəniləcək.

Ekspertin fikrincə, Nazirlər Kabinetinin qərarı əhalinin mobil telefonlar sahəsində yeni texnologiyalara əlçatımlılığını əngəlləməyə xidmət edir.

“Hazırda Barselona şəhərində növbəti Dünya Mobil Konqresi keçirilir ( Mobile World Congress, MWC) . Məqsəd mobil texnologiyalar və mobil həllər sahəsində ən qabaqcıl texnologiyaları nümayiş etdirmək, yeni mobil və İT trendlər ətrafında müzakirə açmaqdır. Məhz burada ən yeni mobil texnologiyar təqdim olunur və şirkətlər, hökumətlər dərhal onu əldə etmək üçün `vuruşurlar`. Biz isə `kim ən yenisindən istifadə edəcəksə o qədər artıq dövlət rüsumu ödəyəcək` prinsipinə üstünlük veririk. Dövlət Gömrük Komitəsinin son açıqlamalarından da hiss olunur ki, bu qərarın mobil telefon qaçaqmalçılığına da elə də təsiri olmayıb,” İnternet Forumunun prezidneti qeyd edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2017-ci ildə əhalinin hər 100 nəfərinə düşən mobil abunəçilərin sayı 104 ədəddir. Mobil rabitə ölkənin bütün ərazisini 100 fazi əhatə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG