Accessibility links

İnterpol Beyruta Nissanın keşmiş rəhbəri ilə bağlı xəbərdarlıq göndərdi


Livanın məhkməmə mənbəsindən Reuters-ə verilən məlumatda İnterpolun Nissanın sabiq rəhbəri Karlos Qosn üçün həbs qərarı çıxardığı bildirilir.

Mənbənin sözlərinə görə, axtarışda olan şəxsinin olunmasına çağıran İnterpolun qırımızı bülleteni Livanın daxili təhlükəsizlik qüvvələrinə göndərilib, amma hələ ki, məhkəmə orqanlarına təqdim olunmayıb.

Bu gün yayılan başqa bir məlumata əsasən, Nissan avtomobil şirkətinin sabiq icraçı direktoru Karlos Qosnun Türkiyə üzərindən Beyruta qaçmasıyla əlaqədar aparılan əməliyyatda 7 nəfər saxlanılıb. İstanbulda polis tərəfindən təşkil edilən əməliyyatda nəzarət altına alınan şəxslərdən dördünün pilot, ikisinin hava limanında işləyən məmur, digərinin isə karqo işçisi olduğu məlum olub.

Qosnu daşıyan şəxsi təyyarə bazar ertəsi günü səhər 5:30 radələrində İstanbul Atatürk Hava Limanına eniş edib, lakin onun giriş və çıxış qeydləri aşkar olunmayıb. Uçuş qeydlərinə görə, Qosn İstanbula çatdıqdan sonra fərqli bir təyyarə ilə Beyruta uçub.

Yaponiyadakı məhkəmə prosesindən qaçan Nissanın keçmiş icraçısının Fransa, Livan və Braziliya pasportları var.

Qaçandan sonra verdiyi ilk açıqlamada Qosn ədalətsizlik və zülmdən qaçdığını və Livanda olduğunu açıqlayıb.

XS
SM
MD
LG