Accessibility links

İntiqam Əliyevin yeni romanı: “Əclafın ölümü”


İntiqam Əliyevin yeni romanı: “Əclafın ölümü”
please wait

No media source currently available

0:00 0:02:50 0:00

İntiqam Əliyevin yeni romanı: “Əclafın ölümü”

Hüquq müdafiəçisi, keçmiş "vicdan məhbusu" İntiqam Əliyevin "Əclafın ölümü" adlı yeni romanının təqdimatı keçirilib.

Təqdimatda ölkənin bir sıra vətəndaş cəmiyyətinin nümayəndələri, vəkilllər, jurnalistlər, gənc fəallar iştirak edib. Onlar çıxışlarında kitab barədə öz fikrilərini bölüşüblər.

Müəllif bildirib ki, bədii əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir.

Onun sözlərinə görə əsərin mahiyyəti onun sloqanında açıqlanır - "Kitab əclaflar barədə deyil, onları yetirən sistem barədədir".

Tədbirdə çıxış edən Ənnağı Hacıbəyli deyib ki, İntiqam Əliyevi həbs etməsəydilər, həbsxanada baş verən qanunsuzluqlarla bağlı bu kitablar nəşr olunmayacaqdı.

Təqdimatda qeyd edilib ki, əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub.

Həmçinin tədbir müddətində yeni dərs ilinin başlanması ilə əlaqədar, çətin şəraitdə olan, o cümlədən ucqar rayon və kəndlərdə yaşayan ailələrin uşaqları üçün məktəb ləvazimatları və uşaq kitabları kampaniyası təşkil olunub.

Bu, İntiqam Əliyevin ikinci romanıdır. "Meydan" adlı ilk romanı 2018-ci ildə nəşr edilib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də iqtisadi cinayətlər törətmək ittihamı ilə həbs edilib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, bütün ittihamları təkzib edib və onları siyasi motivli adlandırıb.

Amnesty İnternational Əliyevi "vicdan məhbusu" kimi tanıyıb. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə Əliyev 2016-cı ilin martında şərti azadlığa buraxılıb.

XS
SM
MD
LG