Accessibility links

İnvestorların qlobal perspektivlərlə bağlı gözləntiləri


İnvestorların qlobal perspektivlərlə bağlı gözləntiləri
please wait

No media source currently available

0:00 0:01:45 0:00

İnvestorlar qlobal perspektivlərlə bağlı bədbindir. Bəziləri hətta 2019-cu ildə Federal Ehtiyat Bürosunun sərt pul siyasətini dayandıracağını proqnozlaşdırır.

İndi yaxşı vaxtlardır, amma bu davamlı olaraq belə olacaqmı?

Bu, 2019-cu ildə ABŞ və onun mərkəzi bankının üzləşəcəyi sualdır.

Ticarət müharibələrinin davam etdiyini nəzərə aldıqda, 2019-cu ildə qlobal iqtisadi artımda geriləməyə şahid ola bilərik və biz bu məsələdə pessimistik.
Ceyn Foli

Ölkənin nikbin olması üçün çox sayda səbəb var...

Rekord səviyyədə işsizlik və artan tələb mərkəzi bankı 2018-ci ildə sərt pul siyasəti yürütməyə vadar etdi.

Lakin bu sərt pul siyasətinin sonlanmasına gətirib çıxaracaq səbəblər də var.

“Ticarət müharibələrinin davam etdiyini nəzərə aldıqda, 2019-cu ildə qlobal iqtisadi artımda geriləməyə şahid ola bilərik və biz bu məsələdə pessimistik” – deyə, Robabobankın baş strateqi Ceyn Foli söyləyir.

Digər pessimistlər diqqəti azalan benzin qiymətlərinə, dalğalanan səhm birjasına və bilinməyən siyasi dəyişkəndən asılı olan və pisləşən qlobal ticarətə çəkir.

“Cənab Trampa etimad etmək mümkün olmayacaq, xüsusilə də əgər o, təzyiqlə üzləşərsə. Biz ümid edirik ki, Çin buna çox pis reaksiya verməyəcək” - deyə, Seven Investment Management şirkətinin həm-təsisçisi Castin Urquhart Stüart bildirir.

İqtisadçılar deyir ki, 2019-cu ildə Amerikada 40 faiz iqtisadi tənəzzülün baş vermək ehtimalının var.

Reuerts-in apardığı sorğu nəticələri bunu göstərir. Bir çox ekspert Fed-in 2019-da faiz dərəcəsi artımlarını 3-dəfədən iki dəfəyə azaldacağını gözləyir.

ABŞ mərkəzi bankının yumşaq pul siyasəti yeritməsi səhmlər üçün müsbət bir haldır və ABŞ ixraclarının azalmasına səbəb olan dolların dəyərinin artmasının qarşısını alacaq.

Bu siyasət nəticəsində investorlar da sərmaye qoymağa həvəslənəcək.

Bir sorğunun nəticələrinə əsasən, investorlar son in ildə dünya iqtisadiyyatı ilə bağlı ən bədbin vəziyyətdədirlər.

Onları maraqlandıran sual isə “Federal Ehityat Bürosu stimulları yeniləyəcəkmi və bu nə zaman baş verəcək”-dir.

XS
SM
MD
LG