Accessibility links

İordan çayının Qərb sahilində İsrail əsgərləri ilə toqquşmada fələstinli gənc öldürülüb


Fələstin rəsmilərinin bildirdiyinə görə, çərşənbə axşamı İordan çayının Qərb sahilində baş verən toqquşma zamanı İsrail hərbi qüvvələri tərəfindən bir fələstinli qətlə yetirilib.

Ailəsi qətlə yetirilən 23 yaşlı gəncin cəsədini götürmək üçün xəstəxanaya gedib.

İsrail hərbi qüvvələri əsgərlərin Ramallahdan cənub-şərqdə keçirilən reydlər zamanı fələstinlilərin əsgərlərə daş və partlayıcı qurğular atmağa başlamasından sonra atəş açdıqlarını bildirib.

İordan çayının Qərb sahilində gərginliklər martın ortalarında İsrail əsgərinin və ravinin fələstinlilər tərəfindən bıçaq və silahla hücum nəticəsində öldürülməsindən sonra artıb.

XS
SM
MD
LG