Accessibility links

İordaniya hərbçiləri Şahzadə Həmzəyə ölkənin “sabitliyi və təhlükəsizliyinə” qarşı fəaliyyətləri ilə bağlı xəbərdarlıq edib


Arxiv fotosu - İordaniya şahzadəsi Həmzə bin Əl-Hüseyn Əmmanda tədbir zamanı, 9 sentyabr, 2015.
Arxiv fotosu - İordaniya şahzadəsi Həmzə bin Əl-Hüseyn Əmmanda tədbir zamanı, 9 sentyabr, 2015.

İordaniya baş nazirinin müavini Ayman Səfadi bazar günü kralın ögey qardaşı, keçmiş vəliəhd Həmzənin ölkədə sabitliyi pozmaq üçün xarici qüvvələrlə qarşılıqlı əlaqədə olduğunu və bir müddət istintaq altında olduğunu bildirib.

Hərbçilər şənbə günü şahzadəyə ABŞ-ın əsas müttəfiqi olan ölkədə “təhlükəsizlik və sabitliyə” qarşı hərəkətlərlə bağlı xəbərdarlıq etdiklərini bildirib. Şahzadə Həmzə daha sonra ev dustağı olduğunu açıqlayıb. Bir neçə yüksək səviyyəli nümayəndə də nəzarət altına alınıb.

“İstintaqın gedişində xarici tərəflərin müdaxiləsi və onlarla İordaniyada sabitliyi pozmaq məqsədilə vaxtın seçilməsi üçün əlaqələr izlənilib” – deyə Safadi bildirib.

Onun sözlərinə görə, söhbət xarici kəşfiyyatın Həmzənin həyat yoldaşı ilə onların İordaniyanı tərk edə biləcəyi təyyarənin ayrılması üçün təmaslarından gedir.

“İlkin araşdırma göstərib ki, bu hərəkətlər və addımlar ölkənin təhlükəsizliyinə və sabitliyinə birbaşa təsir edəcək bir mərhələyə gəlib, lakin Əlahəzrət bu vəziyyəti ailə daxilində həll etmək və bundan istifadə edilməsinə yol verməmək üçün şahzadə Həmzə ilə birbaşa danışmağın daha yaxşı olduğuna qərar verib” – deyə Safadi bildirib.

Həmzənin anası, dul qalmış kraliça Nur bundan öncə oğlunu müdafiə edib.

“Dua edirəm ki, bu acı böhtanın bütün günahsız qurbanları üçün həqiqət və ədalət qalib gəlsin. Uca Allah onlara xeyir-dua versin və qorusun”, o, Twitter səhifəsində yazıb.

Həmzə Amerika əsilli kraliça Nur və mərhum kral Hüseynin böyük oğludur. 1999-cu ildə Hüseynin ölümündən sonra Abdulla taxta çıxıb və Həmzəni vəliəhd adlandırıb. Lakin beş ildən sonra kral Abdulla onu titulundan məhrum edib. Vəliəhd olduğu təqdirdə Həmzə taxta çıxmaq üçün sırada ikinci olmalıdı idi, lakin Abdulla böyük oğlu Hüseyni vəliəhd edib.

İordaniyalı təhlilçi Amer Əs-Sabaile ölkənin təhlükəsizlik aparatlarının, ABŞ-ın və regional güclərin bütünlüklə kral Abdullaya güclü dəstək bildirdiyini qeyd edib, lakin hadisənin kral ailəsində görünməmiş bölünmələrə işarə etdiyini deyib.

İordaniya baş nazirinin müavini Ayman Səfadi təhlükəsizlik xidmətinin sui-qəsddə iştirak edənlərin hamısının işlərinin dövlət təhlükəsizlik məhkəməsinə verilməsini istədiyini deyib.

İordaniya ilə qonşu və müttəfiq ölkələr krallığın qəbul etdiyi təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq kral Abdulla ilə həmrəylik ifadə edib.

Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ və Körfəz ölkələri Abdullaya güclü dəstək bildirib.

“Kral Abdulla ABŞ-ın əsas tərəfdaşıdır və bizim tam dəstəyimizə malikdir”, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter səhifəsində bildirib.

İordaniya Yaxın Şərqdə ən stabil ölkələrdən biri hesab edilir.

ABŞ-ın İordaniyada hadisələrlə tanış olan keçmiş rəsmisi təhlükənin çevrilişlə əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, iştirakçılar daha çox “kütlələrin küçələrə çıxdığı xalq üsyanı” kimi görünə biləcək etirazların keçirilməsini planlaşdırıblar.

Şahzadə Həmzə İordaniya monarxiyası üçün ciddi bir təhdid kimi qəbul edilmir və illərdir təcrid olunub. Lakin onun nüfuzlu qəbilələrdə narazı şəxslərlə əlaqələr qurmaq səyləri rəsmilərin getdikcə daha çox narahatlığına səbəb olur.

Qəbilələr İordaniya təhlükəsizlik qüvvələri və ordusunda dominantllığa malikdir və Haşimi monarxiyasına dəstəyin əsasını təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG