Accessibility links

İPV qadınlarla yanaşı kişilərə də təsir göstərir


İPV qadınlarla yanaşı kişilərə də təsir göstərir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

İPV, yəni insan papilloma virusu o qədər çox yayılıb ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) bütün cinsi fəal qadın və kişilərin vaksin vurdurmadıqları təqdirdə bu virusa yoluxacaqlarını bildirir. Bu səbəblə də valideynlərin uşaqlarına bu virusa qarşı vaksin vurdurmaları çox vacibdir.

Balıq tutmaq Skot Uordun dincəlmək məşğuliyyəti idi. O, onda xərçəngin risk amillərindən hər hansınınsa olduğundan xəbərsiz idi, bu səbəblə də boynundakı şişə məhəl qoymurdu.

Adətən İPV deyəndə ağla qadınlar və uşaqlıq ağzı xərçəngi gəlir.
Skot Uord

“Biz daha çox gənc və sağlam pasientlərlə qarşılaşırıq. Onlar içki içmir, siqarət çəkmir. Bunların hamısı İPV ilə əlaqələdir”- deyə, onkoloq Dr. Donald Dol bildirir.

Siqaret çəkmək və içki içmək ağız xərçəngi yarada bilər.

Uordun xərçəng xəstəliyinə də İPV, insan papilloma virusu səbəb olub .

“Adətən İPV deyəndə ağla qadınlar və uşaqlıq ağzı xərçəngi gəlir”, Uord söyləyir.

İPV həqiqətən də uşaqlıq ağzı xərçənginə səbəb olur, amma İPV-nin səbəb olduğu xərçənglərə təkcə qadınların yoluxduğunu düşünmək səhvdir.

“Ən çox rast gəlinən uşaqlıq ağzı xərçəngi və boğaz xərçəngləridir”, Dr. Dol deyir.

Boğaz xərçəngi baş və boyuna təsir göstərir. Uordun xərçəngi badamcıq vəzisində başlayıb.

Lakin artıq on ildən çoxdur insanları İPV virusuna qarşı qoruyacaq vaksin mövcuddur. Əgər bütün qızlar və oğlanlara bu vaskin vurulsa, heç kəs İPV səbəbilə xərçəng olmaz.

İPV vaksini
İPV vaksini

İPV vaksini cinsi fəal olmayan uşaqlara vurulanda daha yaxşı nəticə verir. Lakin yeniyetmələr və gənc yetişkinlər də vaksindən faydalana bilər. Virusa yoluxan hər kəs xərçəng olmur. Amma İPV bir risk amilidir.

Uordun müalicəsi çətin olub. O əməliyyat olunub, radiasiya və kimyaterapiyasından keçib. Amma artıq onda xərçəng yoxdur.

“Bu bir səfər idi və mən onu uğurla başa çatdırdım”, Uord bildirir.

Uord uşaq ikən bu vaksin mövcud deyildi, amma o deyir ki, uşaqları olsa idi, onlara vaksin vurdurardı.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, Birləşmiş Ştatlarda boğaz xərçəngi hallarınnın 70 faizinə İPV səbəb olur. Baş və boğaz xərçəngləri dünya boyu ən çox yayılmış xərçəng növləri arasında altıncı sıradadır. İPV virusu həmçinin hər il yarım milyon insanda uşaqlıq ağzı xərçənginə yol açır.

XS
SM
MD
LG