Accessibility links

İqlim dəyişikliyi Afrikada aclığa gətirib çıxarır


İqlim dəyişikliyi Afrikada aclığa gətirib çıxarır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Save the Children təşkilatının verdiyi məlumata görə, Afrikanın cənubu və şərqində on milyonlarla insan iqlim dəyişikliyi səbəbilə fövqəladə qida çatışmazlığı ilə üzləşir. Onların yarısı uşaqlardır. Son aylarda ərazidə şiddətli siklonlar, daşqınlae və quraqlıqlar baş verib. Alimlər regionun dünyanın digər hissələrindən daha sürətli istiləndiyinə dair xəbərdarlıq edir. Yardım təşkilatları Madriddə iqlim konfransında iştirak edən dünya liderlərini istixana qazlarını azaltmağa çağırır.

İdai Siklonu bu ilin mart ayında Mozambikdə minlərlə insanın ölümünə səbəb olub və bütöv yaşayış məntəqələrini dağıdıb. Bu, həmin ərazidə baş vermis ən böyük qasırğa olub və onun region boyu 2 milyard dollardan çox ziyan vurduğu güman edilir.

Mozambik
Mozambik

Ondan bir ay sonra Mozambikdə Kennet Siklonu adlı bir başqa qasırğa onlarla insanın ölümü ilə nəticələnib.

“Bu ölkədə daha öncə heç vaxt eyni mövsümdə iki siklon olmayıb”, Qabriella Vaaicman bildirir.

Save the Children Təşkilatı bildirib ki, 2019-cu il iqlim böhranının Afrikanın cənub və şərqindəki bəzi hissələri dağıtdığı il kimi xatırlanacaq.

“İqlim dəyişikliyinin nəticəsində fəlakətin ardınca fəlakət baş verir. Bu səbəbdən də insanların quraqlıq və ya daşqın kimi şokdan sonra bərpa olmaq imkanları getdikcə azalır. Buna görə də, onların dolanışıq vasitələri yoxa çıxır”, Vaaicman deyir.

İqlim dəyişikliyinin nəticəsində fəlakətin ardınca fəlakət baş verir. Bu səbəbdən də insanların quraqlıq və ya daşqın kimi şokdan sonra bərpa olmaq imkanları getdikcə azalır.
Qabriella Vaaicman

2015-ci il İqlim Dəyişikliyi üzrə Hökümətlərarası Panelin hesabatına əsasən, Afrikanın cənubunda temperatur qlobal temperaturlardan iki qat sürətlə artır. Save the Children bildirir ki, sənayeləşmiş ölkələrin liderləri istixana qazlarını daha çox azaltmalı və iqlim dəyişikliyinin təsirə ən çox məruz qalan ölkələrə daha çox dəstək verməlidir.

“Afrikanın cənubu və ya şərqində böyüyən bir uşağın yaşamaq şansı onun heç bir nəzarət və təsirinin olmadığı dünyanın tamamilə fərqli bir hissəsində yaşayan insanların əməllərindən asılıdır” - deyə, Save the Children-in Humanitar işlər üzrə direktoru Qabriella Vaaicman bildirir.

İyirmi doqquz min nümayəndə heyəti Madriddə COP25 iqlim konfransında iştirak edir. ABŞ Prezidenti Donald Tramp konfransa qatılmır. O, daha öncə Paris iqlim razılığından da geri çəkilərək, onun Birləşmiş Ştatların iqtisadiyyatını ədalətsizcə cəzalandırdığını iddia edib.

XS
SM
MD
LG