Accessibility links

İqlim dəyişikliyinə qarşı mübarizə iqtisadiyyatı məhv edirmi?


İqlim dəyişikliyinə qarşı mübarizə iqtisadiyyatı məhv edirmi?
please wait

No media source currently available

0:00 0:02:34 0:00

İqlim dəyişikliyinə qarşı mübarizə iqtisadiyyatı məhv edirmi?

İqlim dəyişikliyi Vaşinqtonda ən mübahisəli məsələlərdən biridir. Bəzi demokratlar bütün enerji sisteminin on il ərzində transformasiyası üçün "yeni yaşıl kursu" dəstəkləyir. Respublikaçılar isə bu təklifin iqtisadiyyatı məhv edəcəyini deyir. Federal hökumətin çıxılmaz vəziyyətdə olduğu zaman bəzi ştatlar hərəkətə keçiblər. Məsələn, Massaçusetsdə təmiz enerji işçi qüvvəsi artmaqdadır.

Massaçusetsin qərbində mənfi səkkiz dərəcədir. Lakin bu soyuq hava işçilərə səkkiz minlik günəş paneli sahəsini qurmağa mane olmur.

Veteran elektrikçi Ed Martelin sözlərinə görə, bu qurğular son bir neçə il ərzində fasiləsiz işləyib.

Martelin sözlərinə görə, bu onun kimi elektriklərə kömək olub. Digər işlərin olmadığı bir vaxtda bu sənaye sahəsi inkişaf etməyə başladı.

"Günəş panelləri olmasa idi, mən iki il ərzində işsiz qalardım. Əlbəttə, bu bizə yaxşıdı,” Ed Martel deyir.

Hal-hazırda Massaçusets günəş enerjisindən istifadədə Kaliforniya və Floridadan sonra üçüncü yerdədir. Bərpa olunan enerji dövlətin qlobal istiləşmə ilə mübarizə yollarından yalnız biridir.

Vaşinqtonda baş tutan ikitərəfli müzakirələrdə demokratlar mədən yanacaqlarına son verməyə çağırır, respublikaçılar isə bu təklifin iş yerlərini məhv edəcəyini iddia edir.
Amma Massaçusets ştatının respublikaçı qubernatoru Çarli Beyker demokratların tərəfini tutaraq iqlim siyasətini dəstəkləyir.

" Massaçusetsdə iqlim dəyişikliyi partiyaların məsələsi deyil. Bəzən müəyyən siyasətlərlə razılaşsaq da, elmi də başa düşürük,” Massaçusets qubernatoru Çarli Beyker deyib.

Ştat əsrin ortalarına qədər istixana qazları emissiyalarını 80 faiz azaltmağı hədəf alıb.

Ştat nerji şirkətləri karbon çirkliliyinə görə cərimələyir, səmərəliliyin və bərpa olunan enerjinin təşviq edilməsi üçün siyasət aparır.

Massaçusets Boston yaxınlığında bu külək turbini kimi yeni texnologiyalara sərmayələr ayırır.

Ştatın iqlim məqsədlərinə cavabdeh Massaçusets Təmiz Enerji Mərkəzinin rəhbəri Stiv Paykın sözlərinə görə, bu sərmayələr artıq nəticə verməyə başlayıb.

"Son 8 il ərzində hər il təmiz enerji sənayesindəki işçilərin sayı artıb. Ümumilikdə, 2010-cu ildən etibarən bu artım 84 faiz olub. Beləliklə, təmiz enerjiyə sərmayələr yalnız iqlim dəyişikliyi, istixana qazlarının azaldılması, ictimai təhlükəsizlik və sair kimi ictimai səhiyyə baxımından yaxşı deyil, həm də Massaçusetsə iqtisadi tərəfdən yaxşıdır,” Massaçusets Təmiz Enerji Mərkəzinin rəhbəri Stiv Payk deyir.

Təmiz enerji burada artıq 13 milyard dollarlıq bir sənayedir və burada 110 min işçi çalışır.

Ştatın iqtisadiyyatı 2000-ci ildən bəri 20 faizdən çox artıb, istixana qazı emissiyası isə təxminən 22 faiz azalıb.

Paykın sözlərinə görə, iqlim dəyişikliyinə qarşı mübarizə iqtisadiyyatın dağılması demək deyil. Son 10 ildə Massaçusetsdə iqtisadiyyat əksinə artıb.

Və əlbəttə ki, iqlimə zərər vermədən dünyanı enerji ilə təmin etmək üçün işlər görüləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG