Accessibility links

İqlim fəalları pandemiya zamanı qlobal etirazı onlayn formatda keçirib


Gənclərdən ibarət qruplar koronavirus pandemiyası zamanı kütləvi etirazlara məhdudiyyət qoyulması səbəbi ilə cümə günü çoxdan planlaşdırılan qlobal iqlim nümayişini onlayn formatda həyata keçirib.

Dünyada yüz minlərlə insanı özünə cəlb edən "Gələcək üçün Cümə" adlı tələbə qrupu dünya liderlərini qlobal istiləşməyə qarşı hərəkətə keçməyə çağırmaq üçün canlı yayımlardan istifadə edib.

Bəzi qrup nümayəndələri məhdudiyyətlər dövründə nümayişlər keçirmək üçün daha yaradıcı yollar tapıblar.

Berlindən olan aktivistlər Almaniya parlamentinin qarşısında minlərlə etiraz plakatı yerləşdirib.

İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin ən görkəmli siması olan 17 yaşındakı isveçli fəal Qreta Tunberq 23 apreldə "Yer Günü" tədbiri zamanı bildirib ki, iqlim böhranı hazırki korona böhranı qədər aktual olmasa da problemi indi həll etməliyik, əks təqdirdə geriyə dönüş olmayacaq"

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG