Accessibility links

İqlim fəalları Vaşinqtonda yürüşlər keçirir


İqlim fəalları diqqəti iqlim dəyişikliyi probleminə cəlb etmək üçün “bütün şəhəri iflic vəziyyətinə salmaq” səylərinin bir hissəsi olaraq, əsas yol ayrıclarını bağlayaraq Vaşinqton şəhərinin küçələrinə çıxıb.

Təşkilatçılar cümə günü dünyanın bir çox şəhərlərində iqlim dəyişikliyi ilə mübarizə üçün təcili fəaliyyət tələbi ilə minlərlə gəncin qatıldığı genişmiqyaslı yürüşlərin ardınca Vaşinqtonda keçirilən aksiyaya qatılmaq üçün insanları işə və dərsə getməməyə çağırıb.

Etirazçılardan ibarət qruplar Vaşinqtonun əsas küçələrini bazar ertəsi səhər saatlarından bağlayıb.

Yollardakı tıxaclar polis tərəfindən idarə olunur.

Shut Down DC (Vaşinqtonu bağlayın) adlı nümayiş Nyu York şəhərində BMT-nin Qlobal İqlim sammitinin keçirildiyi vaxtla üst-üstə düşür.

XS
SM
MD
LG